9/10
·128 syf.··
Beğendi
·
2022 34. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Haziran 2022 10:48
—Tolstoyun qısa romanı olan “Kreyser sonatası” qadın-kişi münasibətləri, qadının cəmiyyətdəki yeri, evlilik, sevgi, cinsiyyət rolları haqqında müəyyən nüanslara toxunan və bunları insanı düşündürəcək dərəcədə vurğulayan bir əsərdir. Bu əsərdə Tolstoy bizə cəmiyyətdəki qadın və kişilərin daxili hisslərini, əxlaqını, düşüncələrini, xarakterdə və xasiyyətlərdəki müəyyən çatışmamazlıqlarını göstərir və bunlara başqa bucaqdan baxmaq üçün bizlərə kömək edir. Əsərdə bəzi mövzulara ( əsas da qadın barəsində olan ) o qədər ciddi toxunulmuşdu ki, bir qadın olaraq bunları oxuyarkən, təkrardan geri qayıdıb oxumadan və narahat olmadan edə bilmədim.. Bu roman bizlərə, əsas da kişilərin daxili aləmlərini, onların fikir və düşüncələrini, biz qadınlara qarşı bəslədikləri pis ya da yaxşı hisslərini, qadınlara necə yanaşdıqlarını, özlərinin belə, bir çox mövzuda çox iyrənc və kin doğuracaq qədər nifrətə layiq olduqlarını açıq-aydın şəkildə təsvir edib, açmışdır.Əsərdə, bu cür ağır və radikal toxunuşların olmasını, mən, fikrin və durumun bizə daha yaxşı, aydın şəkildə anlaşılmağı üçün nəzərdə tutulduğunu düşünürəm. —Əsər, baş qəhrəman olan Pozdnişevin qatar səyahəti zamanı öz həyat hekayəsini danışmağı ilə başlanır və bu mövzu əsərin ortalarında, daha da artıq bir maraq qazanır.Gəncliyində heç də normal olmayan bir həyat tərzi yaşayan Pozdnişev, həyat hekayəsini danışan zaman artıq bu elədiklərindən zamanla iyrəndiyini açıq-aşkar şəkildə dilə gətirir. Və ailə həyatını da bu günahlar və iyrəncliklər üzərində qurduğu bəs deyilmiş kimi, bir tərəfəndən də, onun düşüncələrinə və bütün ruhuna hakim kəsilən qısqanclıq hissi, həmçinin də bir birlərinə tamamilə zidd insanlar olan bu ailənin ən başından ( ən dəhşətlisi də sonda ) məruz qaldığı acınacaqlı vəziyyət əsərin ortalarından maraq doğurmağa başlanır. —Tolstoy, bu əsərin adını, Beethovenin Kreyser sonatasından təsirlənərək adlandırmışdır.Şüphəsiz ki, bu məşhur əsər Beethovenin qəlbində olan ağrı və kədəri dərindən ifadə edən 9 nömrəli sonatasıdır.
Hayat ve İnsan
Kreyser SonatasıLev Tolstoy · Qanun Nəşriyyatı · 202013,6bin okunma
·
616 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.