Gönderi

-Cənnət bizim öz dünyamızdadır. -Yəni harda?.. İqamətgahda kirpiyini tərpədən belə yoxdu. Təkcə tacirbaşı açıq-aydın şəkk-şübhə və rişxəndlə danışırdı: -Mən ömrüm boyu savab eləmişəm, ya şeyx! Ac qarın doyurmuşam, sınıq könül sarımışam. İndi ki cənnət öz dünyamızdadır, rica edirəm, göstər gedim oturum öz yerimdə. Fəzl uzaqdan-uzağa ona yüngül istehzalı təbəssümlə baxırdı: -Cənnəti görmək üçün uzağa getmək lazım deyil- dedi.- Ayağının altına bax - Ayağımın altında heç nə yoxdur. Fəzl güldü: -Bir adam ki, ayağının altında torpağı görmürsə, cənnəti mən ona necə göstərim?
·
98 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.