Gönderi

723 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 14 days
Qılınc və Qələm tarixi mövzu haqqında yazılmış kitablardan biridir. Bu kitabda Eldənizlər dövlətinin tarixindən bəhs edir. Eldəniz 1136-1225-ci illərdə mövcud olmuşdur. Əsasını qoyan Şəmsəddin Eldəniz olmuşdur. Ancaq bu kitabda Şəmsəddin Eldənizin dövrü haqqında danışılmır. Onun oğlu və ondan sonra hakimiyyətə keçən Məhəmməd Cahan Pəhləvanın dövrünün son dövrlərindən başlayır. Məhəmməd Cahan Pəhləvan Eldənizlər dövlətinin ən güclü hökmdarlarından biri olmuşdur. Ancaq onun ömründə etdiyi bir səhv Eldənizlər dövlətinin sonuna səbəb olur. Kitab Məhəmməd Cahan Pəhləvandan başlayır Eldənizlərin süqutuna qədər. Cahan Pəhləvandan sonra qardşaşı Qızıl Arslan, sonra oğlu Əbu Bəkr, sonra isə digər oğlu Özbək hakimiyyətdə olmuşdur. Kitabda təkcə hökmdarlardan yox əsas 2 obraz Nizami Gəncəvi və Fəxrəddin haqqında da danışılır. Kitabın adı da bu iki obraz haqqındadır. Qələm Nizami Gəncəvi, Qılınc isə Fəxrəddin nəzərdə tutulur. Nizami Gəncəvi 1141-1209-cu illərdə yaşamışdır. Eldəniz hökmdarları ilə yaxın olmuşdur. Ancaq Fəxrəddin real obraz deyil. Kitabda təkcə Eldənizlər yox, Şirvanşahlar, Xarəzm, Bağdad xilafəti yəni Abbasilərin də adı çəkilir. Kitabda sadəcə tarixi səhvlər var. Bəzi hissələr tarix ilə uyğun deyil. Amma kitab böyük olsa belə, həm mövzu cəhətinə görə, həm də yazım tərzinə görə çox maraqlı və axıcıdı. Hər kəsə tövsiyə edirəm.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017200 okunma
·
258 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.