Gönderi

8/10
·192 syf.··
2022 8. kitabı
·
10 günde okudu
·
Okunma: 11 Haziran 2022 01:51
Firuzə Qarabağın S rayonunun S kəndində qardaşının ailəsi ilə birlikdə yaşayır. S kəndini su basacağını Firuzə kənd camaatına xəbər verir. Firuzə Bakıda incəsənət kollecində təhsil alarkən kirayə qaldığı evin sahibəsindən fala baxmağı öyrənmişdir. Onun fala baxması başına müsibətlər açır. Falçı qız şəhərə gəlməli olur. O, burada tanıdığı Hamletlə eşq yaşayır. Firuzə ilə Hamlet taleyi gətirməyən insanlardır. Firuzə ona gələn elçilərə həm anasına baxdığına həmdə ətrafındakı kişilərin pis hərəkətlərini görüb yox deyərək evdə qalmışdır. Qardaşının arvadı Pəri onu acı sözlərlə iynələyir. Hamlet uşaq olarkən ailəsində faciə yaşanıb və yetimxanada böyüyüb. O çox əziyyətlər çəkmişdir. Firuzə ilə tanış olanda qəbir daşlarına rəsm çəkən işləyirdi. Bu işindən  qovulmağı ilə sosial baxımdan çətin vəziyyətə düşür və onlar çarəsizlikdən tanış qadının yanına yerləşirlər. Yaşamaq üçün birlikdə mübarizə aparırlar. Kitabdakı hadisələr Qarabağ müharibəsi dövründə baş verir. Müharibənin sadə insanlara təsirini müəllif oxucuya çatdırır. Müəllif cəmiyyətdə baş verən iyrənclikləri oxucunun gözünə-gözünə soxur. Epizodik olaraq kitabda yer alan qadın obrazlarının da faciələrini kitabda görmək olar. Mənə kitabda ən çox toxunan Xocalıdan qaçqın düşən, aldığı travmadan dolayı pişiklərə qənim kəsilən oğlanın yaşadıqları oldu. Falçı qız kitabda pişiklərin qənimi olan oğlanla iki dəfə qarşılaşır. Bir iki səhnə mənə olmamış təsiri bağışladı. Firuzə Hamleti beş on dəqiqədir  tanımağına baxmayaraq onunla rəqs edir. İkinci səhnə isə müəllimin oğurluq etməsidir. Bu səhnələrə inanmağım gəlmədi. Mənim fikrimcə kitab dünya dillərinə tərcümə olunmalıdır. Çünki ermənilərin əclaflıqları və oğraşlıqlarından başqa xalqların insanlarının bu kitabı oxuyaraq xəbərləri olacaq. Mən hansısa bir xaricinin Azərbaycanda metro stansiyasının ermənilər tərəfindən partladılması barəsində məlumatı olduğuna inanmıram. Əminəm ki,  özümüzünkülərdən də bu terror hadisəsi aktından xəbərsiz olanları var. Bəli müəllif Zori Balayanın göstərişi ilə 20 yanvar metrosunda Azər Aslanov tərəfindən törədilən terror aktından da bu əsərində bəhs edib. Daha nə olsun?
FalçıSevinc Elsevər · Qanun Nəşriyyat · 20149 okunma
·
119 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.