Qarabağın S rayonunda S kəndini qəfildən sel basır və kəndin sakilərini dədə-baba yurdundan didərgin düşmüş ailələrin çadır düşərgəsinə köçürlər. Bu talesiz insanlarla təbii fəlakət nəticəsində köçürülən ailələr arasında gərgin ziddiyyətlər yaranır. Əsərin qadın qəhrəmanı Firuzə Bakıda İncəsənət Kollecində təhsil alıb rayona qayıtmış, bəxti gətirməyən qızlardandır. Fala baxmağı da Bakıda kirayədə qaldığı evin sahibəsindən öyeənib. Elə bu bacarığı da onun başına bəla olur. Bu qız şəhərdə gözlənilməz hadisələrlə üzləşir. İlk sevgisinə qovuşa bilməyən falçı qız ikincu sevgisinə qovuşsa da, tale yenə də onu təkləyir