Gönderi

304 syf.
10/10 puan verdi
·
Read in 3 days
Salamlar hərkəsə. Son zamanlar dedektiv janra məndə maraq artdığından, oxuduğum hər 3 kitabdan biri bu janrda olur. Elxan müəllimin kitabları da bəyəndiklərim arasında çoxluq təşkil edir. Xəstə Ruhlar kitabı məndə dərin təəssüratlar yaratdı. Məhz buna görə kitab haqqında məlumat vermədən bir başa kitab haqqında fikirlərimə keçəcəyəm. Kitabta bir çox məqamlar var ki, bunların başında erməni problemi durur. Mən özüm də erməni vəhşilərinin qurbanı olduğum halda əsla irqçilik etməmişəm. Millətin heçbir günahı yox, bütün günah dövlətin başında duranlardadır deyə düşünmüşəm. Nə böyük yanılqı... Doğrudur bu oxuduğum sadecə bir roman olabilər. Ama bu kitab ermənilərin çaqqal xislətli olduqları gerçəyini bir daha mənim üzümə çarpdı. Eyni zamanda kitabda məni üzən məqam oldu. Bu ermənilərin hər nə olursa olsun birbirlərinə dəstək olduğu halda (səbəbi alçaqlıq belə olsa), biz türklər bir çox zamanlarda birbirimizə dəstək olmağımız bir yana qalsın, çox vaxt köstək oluruq. Millətin bir araya toplaşıb XALQ olabilməsi üçün ya büyük bir fəlakət ya müharibə çıxmalıdır. Həmçinin bu kitabda aparılan cinayət işini mənim çox bəyəndiyim cinayət - axtarış eksperti Qanbay Qasımlı açır. Elxan müəllimlə görüşdə özünə deyə bilməsəm də, burada qeyd etmək istəyirəm ki, mən Qanbay Qasımlını zahir’i görkəm olaraq Elxan müəllimin simasında təsvir edirəm. Mən dəyərli yazıçımızın imza günündə söhbət zamanı bunu özünə demeyə utandım niyəsə)))). Uzun sözün qısası kitabı çok bəyəndim. Ümid edirəm sizdə oxuyub bəyənərsiniz. Xoş mütaliələr. Sevgilərlə Pərvin.
Xəstə ruhlar
Xəstə ruhlarElxan Elatlı · Elgün Neşriyat · 2015402 okunma
·
896 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.