9/10
·240 syf.··
Beğendi
·
2022 50. kitabı
·
13 günde okudu
·
Okunma: 25 Mayıs 2022 20:16
Ən çox alıntı etdiyim kitab oldu bu kitab. Kitabda adından da bəlli olduğu kimi xoşbəxtlik və bəzən heç önəm vermədiyimiz kiçik şeylərdən söhbət açılır. Psixoloji bir kitab olsa da sizi qətiyyən yormayacaq və sıxmayacaq. Kitabdakı məlumatlarla yanaşı yazarın onları anlatma şəklini də çox sevdim mən (bir çox şeyi satirik və əyləncəli tərzdə qələmə alıb). Onu da qeyd edim ki, kitabda bol-bol Vinni Pux və Balaca şahzadə fəlsəfəsindən bəhs olunur. Həmçinin digər yazarlardan xeyli alıntılar da yer alıb. Yazar həmin fikirlərə öz mövqeyindən şərhlər verib. Şəxsi inkişaf kitablarından çox daha faydalı olacaq bir kitabdır :)
·
437 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
İşdə kitabın yarısını oxumuşdum, həqiqətən də, çox gözəl kitabdır. Tom Philipsin "İnsanlar - Her şeyin içine nasıl s*çtığımızın kısa tarihi" (ən tragedik hadisəni belə satirik formada qələmə almasına görə) və Alain de Bottonun "Felsefenin Tesellisi" (müxtəlif müəlliflərin fəlsəfəsindən alıntılar edib daha sonra bu fikirlərə öz mövqeyindən yanaşmasına görə) kitablarını tövsiyə edərdim. Bəyənəcəyinə əminəm 😊.
Xəyal Qocayev
Gönderi Sahibi
O gün olsun digər yarısını da oxuyasan😁 çünki çox qəşəng kitabdır. Açığı fəlsəfəyə ha girişmək istəyirəm amma biraz gözümü qorxudur. Hələlik "Sofinin dünyası" ilə zirvədə saxlamışam amma risk edib başlayacam. Sonunu düşünən qəhrəman olmaz :) Təşəkkürlər bu arada🤠👌🏿