Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xoşbəxtlik və Böyük Əhəmiyyətli Digər Kiçik Şeylər

Haim Shapira

Yorumlar ve İncelemeler

Tümünü Gör
240 syf.
9/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
•Kitab zövq alaraq və əylənərək oxuduğum kitablardan biri oldu. Adından göründüyü kimi xoşbəxtliklə bağlı olmağına baxmayaraq, əslində, kitab bizə xoşbəxt olmağı vəd etmir.Əksinə, burada bizə bir çox fikirlər, düşüncələr, maraqlı faktlar göstərərək beynimizdə sualların yaranmasına səbəb olur, amma bu sualların heç birinin cavabları verilmir.Kitab da məhz bunun üçündür ki, bizim beynimizdə yaranan bu suallara öz fikir və düşüncələrimiz ilə cavablar tapaq.Kitabı özünü inkişaf kitabları ilə səhv salmamaq lazımdır, sadəcə burada bizə həyata dair maraqlı faktlar irəli sürülür. •Kitabda ən marağımı çəkən hissə “Balaca Şahzadə” və “Vinni Pux”la bağlı olan söhbətlər idi.Əslində bu hissələri oxuyarkən bir az məyusluq hissi keçirdim..çünki bu qəhrəmanlarla bağlı bir çox şeyi yadımdan çıxarmışdım.Amma kitabı bitirdikdən sonra, təkrardan filmlərinə baxmağın da gec olmayacağını bilirəm.Sizə məndən kiçik bir tövsiyə kitaba başlamamışdan öncə baxmağınız daha effektli ola bilər. :)
Reklam
240 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Xoşbəxtlik?!
İnsan daim və davamlı olaraq xoşbəxtlik axtarışında özünü yorur. Müxtəlif vaxtlarda biz bunun haqqında düşünür və bir qərara gələ bilmədikdə ümidsizliyə qapılır, ovqatımız pozulur. Ancaq durmaq və azca düşünmək kifayət edir.. Mən ümumiyyətlə xoşbəxt olmağa məcburam? Xoşbəxtlik axtarışında olmağın önəmi varmı? Yaşamaq, duymaq, hiss etmək var oluşun məğzidir. Çox şey tələb edilmir, dünyanı gör, ona bax, nəzər yetir ətrafına. Əlbəttə, çətindir günümüzdə aram olmaq, sakit tərzdə ömür sürmək. Ancaq bunu hər bir fərd kəşf etməlidir, edə də bilər. Kitab bir növ fərqindəlik verir, stoplamaq və yenidən baxış üçün fasilə qoyur.
240 syf.
9/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Ən çox alıntı etdiyim kitab oldu bu kitab. Kitabda adından da bəlli olduğu kimi xoşbəxtlik və bəzən heç önəm vermədiyimiz kiçik şeylərdən söhbət açılır. Psixoloji bir kitab olsa da sizi qətiyyən yormayacaq və sıxmayacaq. Kitabdakı məlumatlarla yanaşı yazarın onları anlatma şəklini də çox sevdim mən (bir çox şeyi satirik və əyləncəli tərzdə qələmə alıb). Onu da qeyd edim ki, kitabda bol-bol Vinni Pux və Balaca şahzadə fəlsəfəsindən bəhs olunur. Həmçinin digər yazarlardan xeyli alıntılar da yer alıb. Yazar həmin fikirlərə öz mövqeyindən şərhlər verib. Şəxsi inkişaf kitablarından çox daha faydalı olacaq bir kitabdır :)
240 syf.
·
Puan vermedi
·
4 günde okudu
Əgər psixologiya və fəlsəfə ilə marağınız varsa, möhtəşəm 1 kitab olduğunu deyə bilərəm. Əks təqdirdə sizin üçün boşa zaman israfı ola bilər. İndiyə qədər incələmə qeyd etməmişdim. Ancaq bu kitabda bu ilki etmək istədim. Yorğun, həyəcanlı eyni zamanda stresli dövrümdə əziz və dəyərli dostum tərəfindən bu kitabla tanış oldum. Kitabda həyatımızı, hisslərimizi, insanlar haqqında olan məlumatlar görə bilərik. Zamanımızın boşuna xərclədiyimizi, əslində keçmişin bu gündən daha gözəl olmadığını bizə aşılayır. Təəsüfləndiyim 1 məqam var ki, bu kitabı daha əvvəl oxuya bilərdim. Amma bu günə qismət imiş. Həyat haqqında eləcə də, həyatdakı gərçəklər haqqında baxışlarınızı və visionlarınızı genişləndirə biləcəyiniz 1 kitabdır. Oxumaq istəyənlərə indidən "Xoş mütaliələr".
Reklam
240 syf.
10/10 puan verdi
·
11 günde okudu
Sonsuzluq ovcunun içində, Əbədiyyət bir saatın içində.
Kitab xoşbəxtlik haqqında olsa da, oxuduqdan sonra xoşbəxt olacağımızı vəd etmir. Elə bil yazıçının qaralamalarıdır, hətta hansısa səhifəsində bunu özü də yazmışdı səhv etmirəmsə. Məncə ən gözəl yanı da budur. Xoşbəxtlik mövzusunda yazılan bir çox şəxsi inkişaf kitablarından buna görə fərqlənir. Kitabı oxuduqdan sonra, doğrudan da, böyük bir aydınlanma yaşamadım. Qürur, qəzəb kimi hislərin xoşbəxtliyimizə ən böyük maneə olduğunu, sadəliyin, sevginin, dostluğun isə bizim bu yolda ən böyük köməkçimiz olduğunu bilirdim. Yazıçı bunu daha geniş şəkildə öz fikirləri və bir çox tarixi şəxsiyyətlərdən sitatlarla daha izah edir. Belə nəticəyə gəldim ki, "Balaca şahzadə", "Alisa" və "Vinni Pux"a necə də diqqətsiz qulaq asmışam. Bu kitabda ən dəyərli dərsləri onlardan aldım. Tezliklə filmlərinə yenidən baxıb kitablarını da oxuyacağam. Əlimdə olsa, bütün cümlələrinin altından xətt çəkərdim. Oxuyarkən dincəldiyim bir kitab oldu. #164334901
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.