Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Sınmış Burunun Nəğməsi

Arne Svingen

Yorumlar ve İncelemeler

Tümünü Gör
208 syf.
·
Puan vermedi
·
9 saatte okudu
İmtahanlardan yetərincə yorğun düşdüyüm üçün bir az dincəlməyi düşündüm.Amma kitabda oxumaq istədim)))və bu kitabı oxumağa qərar verdim.Kitab 13 yaşlı həyatın ona verdiyi çətinliklərinə baxmayaraq optimist olan Bart'ın əhvalatından gedir.Kitab olduqca sadə dildə yazılmış və axıcıdır. Yorulmadan çox rahat şəkildə oxudum.Uşaq ədəbiyyatına marağı olanlar üçün uyğun kitab ola bilər.)
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 035 okunma
Reklam
208 syf.
·
Puan vermedi
Bu kitabın baş qəhrəmanı 13 yaşlı Bartdır. Mən bu obrazı çox sevdim və mənə çox səmimi gəldi. Bartın ailəsi ideal deyil, lakin o, özünü bütün problemlərdən pozitiv olmaqla xilas edir.(mən şəxsən bunu heç bacarmıram :D) Bart anası ilə birlikdə yaşayır və oğlu özünü müdafiə edə bilsin deyə onu boksa qoyur. Baş qəhrəmanımız utancaq olduğuna görə gizli olan bacarığını üzə çıxara bilmir. Bart musiqi dinləməyi çox sevir. Bu romanda ciddi mənada ağır mövzulara toxunulub, amma həmin mövzular yumoristik və zərif bir şəkildə işlənilib. Kitabı oxuyarkən çox zövq aldım və bəyəndim. Yaxşı ki, Bart kimi pozitiv bir obrazı tanıdım. Xoş mütaliələr. ☆☆
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 035 okunma
208 syf.
·
Puan vermedi
·
Beğendi
·
6 günde okudu
Yəqin ki, çox oxucu "Şirin portağal ağacım" kitabı ilə tanışdır. Tanış olmayanlar isə mütləq oxusun! Çünki Zeze sizin həyatınıza elə daxil olacaq ki, "niyə bu balaca oğlanı gec tanımısınız" deyə məyus olacaqsınız. Bu dəfəki qəhrəmanımız isə Zeze deyil, Bartdır)) Onun kimi balaca, fikirləri ilə oxucunu heyran qoyan, yoxsul həyatı ilə kədərləndirən və zarafatları, həyata baxışı ilə oxucuda təbəssüm yaradacaq Bart adlı dostumuz var :) Oxuduqca onunla birgə musiqilərinə qonaq olacaq, yol yoldaşlığı edəcək və hətta birgə səhnədə ifa etməyə çalışacaqsınız. Bəlkə siz də qorxularınıza qalib gəlməyi bacardınız? Çünki Bart da bunun üçün çalışır. Öz balaca, atasız, ana diqqətindən kənarda qalmış dünyasına musiqini qonaq etməklə, həyatına rəng qatır. Anasının təkidi ilə özünü müdafiə üçün boks dərslərinə gedir. Amma bir insanın kim olacağını özündən başqa heç kim nə anlaya, nə də müəyyən edə bilməz. Bart məni bir anlıq məktəb illərimə aparıb kövrəltməyi də bacardı. Kitab davam etdikcə isə Bart həqiqətən "səhnədə oxumağı bacaracaqmı?" deyə sual yaranır. Mən Bartı çox sevdim. Mənim üçün 3-4 belə kitab var ki, bitirdikdən sonra "kaş bu obraz yanımda olsa, onunla danışsam", demişəm. Bart da həmin obrazlardan oldu. Bir anlıq, Bartın əlindən tutub "birgə səhnəyə çıxa bilərik" deməyi belə çox istədim. Səni çox sevdim, güclü səsi ilə böyük zirvələrə çatmağa çalışan balaca oğlan. Bartı və Zezeni tanımaq üçün isə hər iki kitabı da oxuyun!
Arne Svingen
Arne Svingen
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 035 okunma
208 syf.
10/10 puan verdi
Sınmış burunun Nəğməsi-Arne Svingen Qəhrəmanlar: Geyir/Ada/Bart/Con Cons Müxtəlif bölgə, istiqamətlərdə yaşayan uşaqların şəraitini, mühitini az-çox bilirəm. Ancaq, hər tərəfdə yeniyetməlikdə keçirilən hislər eynidirmi? Hekayə bizim mədəniyyətdən uzaq avropa mədəniyyətini əks etdirir və məncə, buna görə bəzi şeyləri tam həzm edə bilmədim. Doğrusu , kitab haqqında axtariş edəndə istədiyim məlumata çatmadim, ancaq Çinarə xanimin yazisini oxuyandan sonra, hekayəni "Bədheybətin səsi" hekayəsinə bənzətməsi gözləntimi qarışdırdı. Bart xoşagəlməz mühitdə yaşayır. Üstəlik anası da ürəkaçan həyatı sürmür. Bulinqə məruz qalır və reaksiyası məni heyran qoyur. Onun uşaqkən ağır yüklərin altından irəliyə baxması , optimis olması Çabalayır, çarə axtarır, iş görür. Ölüm gözləyirdim, xöşbəxtlikdən sonluq ürəkaçan oldu. Hekayə qəmli idi, ancaq pozitivlik daha çox çarpırdı. Uşaqlıq həmişə pozitivdir bəlkə də ,onu korlayan dinləmə ,davranışı müşahidə etməmə bacarıqsızlığı və ya bacarığıdır
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 035 okunma
Reklam
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Hər zaman pozitiv olan baş qəhrəmanımız Bartın başına gələnləri oxuyuruq bu kitabda. Opera müğənnisi olmaq istəyən amma hamamdan başqa bir yerdə oxumağa cəsarət etməyən Bartın hekayəsi. Bartın ailəsində, məktəbdə, küçədə, qısacası,  həyatda hər yerdə başına gələn problemləri yumoristik şəkildə yanaşaraq həll etməsi çox gözəldir, bunu öz həyatımıza da tətbiq etməliyik deyə düşünürəm. Gülmək, əylənmək, təsirlənmək, düşünmək istəyirsizsə oxuya bilcəyiniz bir kitabdır :)
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 035 okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
İndiyə qədər oxduğum ən yaxşı romanlardan biridir. Kitab 13 yaşlı Bartın keşməkeşli həyatından bəhs edir . Musiqini sevsədə anası onun boksla məşqul olmasını istəyir. Anası atasından ayrıldığı üçün Bart atasını heç görməyib . Həyatında nə qədər çətinliklər olsada Bart həmişə pozitiv olmağa çalışır . Buna ən çox kömək olanlardan biri isə sinifdən olan qız dostu Adadır.
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 035 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.