Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sınmış Burunun Nəğməsi

Arne Svingen

Sınmış Burunun Nəğməsi Gönderileri

Sınmış Burunun Nəğməsi kitaplarını, Sınmış Burunun Nəğməsi sözleri ve alıntılarını, Sınmış Burunun Nəğməsi yazarlarını, Sınmış Burunun Nəğməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
208 syf.
10/10 puan verdi
Sınmış burunun Nəğməsi-Arne Svingen Qəhrəmanlar: Geyir/Ada/Bart/Con Cons Müxtəlif bölgə, istiqamətlərdə yaşayan uşaqların şəraitini, mühitini az-çox bilirəm. Ancaq, hər tərəfdə yeniyetməlikdə keçirilən hislər eynidirmi? Hekayə bizim mədəniyyətdən uzaq avropa mədəniyyətini əks etdirir və məncə, buna görə bəzi şeyləri tam həzm edə bilmədim. Doğrusu , kitab haqqında axtariş edəndə istədiyim məlumata çatmadim, ancaq Çinarə xanimin yazisini oxuyandan sonra, hekayəni "Bədheybətin səsi" hekayəsinə bənzətməsi gözləntimi qarışdırdı. Bart xoşagəlməz mühitdə yaşayır. Üstəlik anası da ürəkaçan həyatı sürmür. Bulinqə məruz qalır və reaksiyası məni heyran qoyur. Onun uşaqkən ağır yüklərin altından irəliyə baxması , optimis olması Çabalayır, çarə axtarır, iş görür. Ölüm gözləyirdim, xöşbəxtlikdən sonluq ürəkaçan oldu. Hekayə qəmli idi, ancaq pozitivlik daha çox çarpırdı. Uşaqlıq həmişə pozitivdir bəlkə də ,onu korlayan dinləmə ,davranışı müşahidə etməmə bacarıqsızlığı və ya bacarığıdır
Sınmış Burunun Nəğməsi
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 035 okunma
Xəstəxananın ortasında dayanıb bir neçə santimetr böyüdüyümün fərqinə varıram. Paltarlarımın hamsı artıq balacalaşıb. Bu həmişə belə olur. Amma bir gün bunun mənim də başıma gələcəyi ağlıma gəlməmişdi..
Sayfa 205Kitabı okudu
Reklam
Son
Bədbin olmaq həyatı yaxşılaşdırmır. Yalnız nikbin olmaqla nəyinsə öhdəsindən gəlmək olar... Əgər mən heç vaxt nəyinsə pis olacağını düşünmürəmsə, onda onun pis olma şansı yoxdur. Qəribə də olsa, bu fikrin məntiqli olduğunu düşünürəm.
Sayfa 191 - Simurq NəşriyyatıKitabı okudu
Mənim planetimdə isə mən yeganə sakinəm. Heç bir sakini olmayan planet kimin nəyinə lazımdır?
Sayfa 188 - Simurq NəşriyyatıKitabı okudu
Hər gülün öz mənası var, bəziləri yas mərasimləri üçün uyğundur, bəziləri isə "səni sevirəm" mənasını bildirir. Atam isə onların yalnız gözəl, sadə olmalarını və heç bir məna kəsb etməmələrini istəyib.
Sayfa 180 - Simurq NəşriyyatıKitabı okudu
"Ata" sözü dilimin ucundadır. O qədər bu sözü demək istəyirəm ki! Həmişə bu sözü demək istəmişəm. Sanki bu, xüsusi vaxtlarda istifadə olunan nadir bir sözdür.
Sayfa 164 - Simurq NəşriyyatıKitabı okudu
Reklam
"Yəqin, bütün atalar qucaqlaşmaq əvəzinə, dostcasına oğullarının çiyinlərinə vururlar."
Sayfa 163 - Simurq NəşriyyatıKitabı okudu
Sağollaşanda ona dünyanın ən yaxşı anası olduğunu deyirəm, amma eşidib-eşitmədiyinə əmin deyiləm. O, dünyanın ən yaxşı anası olmasa da, məncə, hazırda bu sözə ehtiyacı var. Mənim dünyada yalnız bir anam var və bəzən o, dünyanın ən yaxşı anası ola bilər.
Sayfa 153 - Simurq NəşriyyatıKitabı okudu
Desperado, oh, you ain't gettin' no younger, Your pain and your hunger, they're drivin' you home. And freedom, oh freedom well, that's just some people talkin'. Your prison is walking through this world all alone. (Ey ümidsiz, bacara bilməzsən, gecdir daha, Kədərin və aclığın yaxandan əl çəkmir. Və azadlıq, ah azadlıq... İnsanların dilindədir bu söz, Məhbusun bu dünyada sərgərdandır.)
Sayfa 136 - Simurq NəşriyyatıKitabı okudu
"Heç kəs özünü ölümə atacaq qədər axmaq deyil. Xüsusilə də ağıllı və gözəl analar. Əgər vədinə xilaf çıxsa, onu atıb gedəcəyəm. Hara gedəcəyimi bilmirəm, amma gedəcəyəm. Bu qərarımda qətiyəm."
Sayfa 135 - Simurq NəşriyyatıKitabı okudu
Reklam
Evdəki divanda əyləşib böyük-böyük vədlərin necə axmaq bir şey olduğunu düşünürəm.
Sayfa 135 - Simurq NəşriyyatıKitabı okudu
... yaşayan analar ən gözəl analardır.
Sayfa 134 - Simurq NəşriyyatıKitabı okudu
O nəsə ciddi bir şey deyəcək. Çox güman ki, dəyişiklik haqda. Heç cür riayət edə bilmədiyi bir şeydən danışacaq.
Sayfa 133 - Simurq NəşriyyatıKitabı okudu
- Fərqli olmaq yaxşıdır? - Qəddar olmaqdan yaxşıdır.
Sayfa 130 - Simurq NəşriyyatıKitabı okudu
"Necə bir vəziyyətdə olursan ol, hər zaman səndən betər vəziyyətdə olanlar var."
Sayfa 128 - Simurq NəşriyyatıKitabı okudu
158 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.