·240 syf.··Beğendi
···Okunma: 23 Haziran 2022 11:44 •Kitab zövq alaraq və əylənərək oxuduğum kitablardan biri oldu. Adından göründüyü kimi xoşbəxtliklə bağlı olmağına baxmayaraq, əslində, kitab bizə xoşbəxt olmağı vəd etmir.Əksinə, burada bizə bir çox fikirlər, düşüncələr, maraqlı faktlar göstərərək beynimizdə sualların yaranmasına səbəb olur, amma bu sualların heç birinin cavabları verilmir.Kitab da məhz bunun üçündür ki, bizim beynimizdə yaranan bu suallara öz fikir və düşüncələrimiz ilə cavablar tapaq.Kitabı özünü inkişaf kitabları ilə səhv salmamaq lazımdır, sadəcə burada bizə həyata dair maraqlı faktlar irəli sürülür.
•Kitabda ən marağımı çəkən hissə “Balaca Şahzadə” və “Vinni Pux”la bağlı olan söhbətlər idi.Əslində bu hissələri oxuyarkən bir az məyusluq hissi keçirdim..çünki bu qəhrəmanlarla bağlı bir çox şeyi yadımdan çıxarmışdım.Amma kitabı bitirdikdən sonra, təkrardan filmlərinə baxmağın da gec olmayacağını bilirəm.Sizə məndən kiçik bir tövsiyə kitaba başlamamışdan öncə baxmağınız daha effektli ola bilər. :)