135 səhifə olmasına baxmıyaraq mövzusu çox
dərin kitabdı.
Yarıya qədər oxuyanda adi bir müharibə
mövzulu bir əsər olduğunu
düşündüm;müharibənin insan həyatında
törətdiyi fəsadlar, yetim qalmış uşaqlar,dul
qalmış qadınlar,aylarla ac qalmış insanlar və s
və s.
Amma kitabı axırlara doğru oxuyanda ötürülən
mesajin fərqli olduğunu gördüm.
Düzdü,müharibənin doğurdugu fəsadlar
insanlarda o qədər pis yaralar açır ki.
Bəlkə də heç vaxt bağlanmamaq üzrə..
Amma həyatımızda savaş olmasa belə həmişə
bir acı olacaq.Va ortaya bir sual çıxır ki, biz bu
acıya təslim olacayıq yoxsa acıyla
savaşacayıq??
Mənim fikrimcə, bu kitabda da ötürülən əsas
mesaj da bizim bu acıya reaksiyamızın necə
olmağındadır.
10/10luq kitabdı.