Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Uzun zamandı heç olmadığım qədər yorğun hiss edirəm. Səbəbi yoxdu bu ruh halımın. Sadəcə bir anda hər şey dayanır və mən tam xatırlaya bilmədiyim bir şeyə üzülürəm. Sanki köhnə bir xatirə və ya biriləri üçün darıxıram. Amma nə olduğunu xatırlaya bilmirəm. Ətrafımdaki kiçik detaylar bunları xatırlamaq üçün var sanki, bunun üçün çabalayır hamısı. Ancaq olmur və mən sadəcə üzülürəm. Bu həmişə belədi, səbəbini soruşanlara isə verəcək bir cavabım belə yox. Bəlkə də yaxşı və ya pis olub bitən hər şeyə darıxır ruhum. Dəyişən xatirələr, insanlar , mən.. Darıxmaqdan vazkeçənə qədər bu belə davam edəcək. Hissizləşib yeniyə alışdığım və gedənə üzülmədiyim gün hər şey düzələcək.
·
1.195 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.