Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
6/10 puan verdi
İyun ayının son kitabı ilə gəldim. Bu gün 30 iyun milli sevgililər günüdür. 1989-cu ilin bu günündə İlham və Fərizə həyatlarını birləşdirərək ailə qururlar. Bir- birlərini dəli kimi sevən bu iki gənc çox xoşbəxt həyatlarına davam edərkən Azərbaycanın başını qara buludlar alır. SSRİ- yə qarşı çıxmaq üçün hər gün kişili, qadınlı, uşaqlı küçələrə axışır gecə səhərə kimi ocaq başında vətənin pis günündə vətəni müdafiə edirlər. 19 yanvar 1990- çi il gece saatlarında Rus qoşunları Bakıya daxil olur. Əvvəlcədən komendant saatı elan edildiyini xalqa bildirmirlər. Xalq qoşunun onları güllə atəşinə tutacağını ağıllarına belə gətirmirdilər. Lakin şəhərə daxil olan ordu elektrikləri kəsərək xalqa divan tutmağa çalışır. Qarşısına yaşlı,cavan demədən çıxan hər kəsi güllə atəşinə tutur. Xalqın içində təbiki İlhamda vardı. Oda qəhrəmanlıqla,qorxmadan öz mübarizə əzmini göstərir, vətəninə sahib çıxır. Həmin gecə Azərbaycan çoxlu sayda mülki əhali qətlə yetirilmiş, yüzlər insan yaralanmışdi. Qətlə yetirilənlər arasında Fərizənin İlhamı da vardi. Fərizə İlhamın şəhid xəbərini alandan sonra onsuz yaşa bilməyəcəyini,onun yanına gedəcəyini,onunla bir yerdə dəfn ediləcəyini dönə - dönə təkrarlayır. Fərizənin bu fikrini bilən ev əhalisi onu daim nəzarətdə saxlayırlar. Lakin imkan tapan kimi Fərizə hamilə olmasına baxmayaraq öz canına qiymağa nail olur. Fərizənin özünü öldürdüyünü başa düşənlər onu təcili xəstəxanaya yeləşdirsələrdə yolda keçinir.Fərizə öz can yoldaşı ilə birgə Dağüstü parkda yerləşən Şəhidlər Xiyabanında dəfn edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ferize
FerizeYurtseven Şen · Zengin Yayıncılık · 20173 okunma
·
89 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.