Gönderi

88 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 35 hours
Altı nömrəli həyat və dünya xəstəxanası
Spoiler Rus ədəbiyyatının zirvə kitablarından olan
Altı Nömrəli Palata
Altı Nömrəli Palata
şəxsiyyətini itirmiş ictimaiyyətin həyatda qalma mübarizəsindən bəhs edən bir əsərdir. Rusların uzun və qalın kitablarının əksinə qısa və konkretdir. Hadisələr şəhərləri və ölkələri əhatə etmir, altı nömrəli palata əsərə ev sahibliyi edir və kiçik olmasına baxmayaraq, bütün insan cəmiyyətlərini ümumiləşdirməyi bacarır. Əsər bir dəlinin və bir həkimin gözündən əks olunur. Bu, kiçik bir söhbətdir. Və yaxud da, dəliyə çevrilmə hekayəsi. Əsər İvanın dəli olma hekayəsindən başlayır. Bu hekayə sizə mənasız görünə bilər, ona görə də Çexov sizə dəliliyin əslində nə demək olduğunu həkim Andreyin gözündən göstərir. Hekayətimizin sonu isə Andreyin bu cəmiyyət tərəfindən dəliliyə qurban edilməsi ilə başa çatır. Hər şey bu qədər bəsit görünə bilər. Çexov isə bizə adi bir əsər buraxmamışdır. İndi isə bu palatanın fəlsəfəsini araşdıraq. Çin fəlsəfəsində İn və Yan anlayışı vardır. Bir-birinə əks olan iki qüvvə. Bir-biri ilə mübarizə aparan qara və ağ. Gecə və gündüz. Yer və Göy. Dəlilik və dahilik. Bu iki qüvvə həmişə öz yerlərini rəqiblərinə buraxaraq digər tərəfə keçir və bu dövr "şam öz ipini yandırıb qurtarana kimi" davam edir. Bu, adi bir mübarizə kimi görünə bilər, amma bu iki qütb heç də bir-birinə yad deyil. Hər İnin içində kiçik də olsa bir Yan, hər Yanın içində də bir İn var. Sevginin içində nifrət, hərbin içində bir sülh var. Bəs bu İn və Yan bizə nəyi öyrədə bilər? Buna altı nömrəli palatadan nəzər salaq. İvan intellektual, hələ həyatı doyunca yaşamamış bir gənc idi. Amma insan psixologiyası qəribədir. Hər birimiz bəzən heç əlaqəmiz olmadığı şeylərdə günahkar, tanımadığımız insanlara qarşı borcluluq hissi duyuruq. Bu kiçik yanılmalar isə bizi gözləyir. Biz isə onlara inandığımız an bu fikirlər bizi bürüyərək hiss etmədiyimiz duyğuları hiss etməyə vadar edir. Bir çoxumuz bu hissləri dəf bacarır, amma bəzi insanlar da var ki, xarici mühit onu çoxdan tərki-silah edir. İvan da bu azlığa daxil oldu və yaxalanma hissi onun beynini ələ keçirdi. Beyin isə bu fikiri əsas hissəyə qoyaraq özünü onla yorur. Hər kiçik hadisə onda bu qorxunu hərəkət keçirir və İvan bütün insanların qəbullandığı dəlilik prinsiplərini keçərək "dəli" olmağa layiq oldu. O artıq özü ilə fikirlərinin həbs olunduğu altıncı palatada yaşayırdı. Dəliliyin içində dahiliklə, İnin içində Yanla yaşayırdı. Dəlilər ağıllarını itirmirlər, onlar sadəcə həyatı başqa rənglərlə görürlər. Bəs Andrey necə? O, həkim olmaq istəməyən bir həkim idi. Amma həyatını insanları sağaltmaqla keçirdi. Bir gün isə iki fərqli insan yan-yana gəldi: içində normal insan yatan bir dəli və içində dəli yatan bir insan. Təkcə Andrey yox, hər birimiz içimizdə bir dəli ilə yaşayırıq. Bu görüş Andreydə İnin və Yanın müharibəsini kəskinləşdirdi. Həyatdan aldığı zövqlər yavaş-yavaş itməyə başladı. Hər şeyi dərk etməyə başlayan Andrey yanındakı qaranlıq insanlardan və hadisələrdən qaçmaq istədi. Amma insanlar qəddardır, ya onlarla olmalısan, ya da altı nömrəli palatada üzünü divara çevirib uzanmalısan. Bu qaçışın sonu isə artıq kitabı oxuyan sizlərə məlumdur. Hamımız Andreyin dəli olmadığını bilirik. Amma əgər bu hadisələrdən xəbərdar olmasaydıq, həmin palatada qışqıran və döyülən Andreyə hansımız dəli gözü ilə baxmayayacaqdıq? Orada sadəcə azadlığı üçün qışqıran Andrey kimin vecinə olacaqdı? Hər şey yenə cəmiyyətin əlindədir, onların səhv və ya düz yolda olmağı heç kimə lazım deyil. Bəs orda yatan İvan və digər dəlilər? Həyatın mənasını çoxdan itirmiş, öz palatalarında yaşamağa çalışan bu dəlilər üçün cəmiyyət önəmlidirmi? "Altı nömrəli palata" insanların itirdiyi mənəviyyatlarını və şəxsiyyətlərini, kiçik adamların yaşama azadlıqları uğrunda mübarizəni göstərən möhtəşəm əsərlərdən biridir. Kitab hadisələrdən və təsvirlərdən ibarət bir hekayədən çox fəlsəfi bir traktata bənzəyir. Sizə həyatın mənasından, yaşamaq zövqündən, azadlığın və dəliliyin əslində nə olduğundan bəhs edən bir əsərdir. Bu cəhətdən onu "Sokratın Apologiyasına" bənzədirəm. Və həmçinin çoxluğun qüvvə olub insanları öz istədikləri kimi çeşidləndirən
1984
1984
dünyasına. Bəs bizlər - altı nömrəli palatadan kənardakılar yaşamağın və insan olmağın əslində nə olduğunu başa düşmüşükmü? İçəriyə atdığımız dəlilər bəs? Onlar həmişə gülümsəyirlər, bu həyata monoton baxmayaraq xoşbəxt yaşamağa çalışırlar. Biz isə başımızı aşağı salıb gəzəcəyik və özümüzə oxşamayanları altıncı palatada həbs edəcəyik. Onda, hansımız daha xoşbəxtik: dörd divar arasında öz dünyasını qurmuş "dəlilər", ya öz hüdudsuz dünyalarını dörd divara çevirən "ağıllılar"? Uzaqdan İn və Yanı izləyin. Onlar sizi yamsılayır.
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870.4k okunma
·
385 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.