Altı Nömrəli Palata

Anton Çehov

Comments and Reviews

See All
88 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 19 hours
Yazımı oxumasanızda olar, zaman çox dəyərlidir:)
O qədər də incələmə yazan biri deyiləm, amma istədim bu kitab haqqında yazım, oxuyanda nə hiss etdiklərimi yazım, çünki çox təsir etdi. Bu kitab haqda çox incələmə var, ona görə şablon sözlərdən istifadə etməyəcəm. Kitabdan ən böyük və dəyərli bir şey öyrəndim, bir insanın nə qədər empatiya hissi güclü olursa olsun, nə qədər desə ki, səni başa düşürəm, yenə də qarşı tərəfi anlamır, bir insanı o zaman həqiqətən anlayırsan ki, o insanın çəkdiklərini sən də çəkirsən, o yaşadığı hissləri sən də yaşayırsan, bax bu zaman həqiqətən anlayırsan. Ağlayaraq bitirdiyim kitab oldunnn, sözlərlə ifadə olunmayacaq hisslər yaşatdı...
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
Reklam
88 syf.
10/10 puan verdi
·
Read in 1 hours
Hə xəstəyəm, amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır.
Anton Çexovdan oxuduğum ilk kitab olmasına baxmayaraq qələmini çox bəyəndim. Kitabı daha öncə oxumuşdum ama hadisələri unutduğum üçün təkrar oxumaq istədim. Beləliklə iki dəfə oxuduğum ilk kitab oldu. Əsərdə Müəllif Ədalətsizlik,haqqsızlıq, və s bunun kimi hadisələri qələmə alıb. Əsərdə İvan Dmitriçin Andrey Yefimiçə dediyi sözə nəzər yetirək. Hə xəstəyəm, amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır. Mənim düşüncəmə görə Müəllif bu sözü qələmə almaqda cinayətkarların,oğruların,rüşvətçilərin və s minlərlə qəbahəti, günahı olan insanlar əl-qollarını sallayaraq şəhəri vicdan rahatlıqı ilə gəzib dolaşırlar,Lakin İvan dmitriç və Andrey Yefimiç kimi zavallı şəxslər isə dəlilik adı ilə 6 nömrəli palataya məhkum olunur. Bu Möhtəşəm əsəri hərkəsə tövsiyyə edirəm,əsasəndə sevgi janrdan sıxılıb fərqli əsər axtaranlar üçün tam məsləhətli kitabdır. Hər birinizə Xoş oxumalar.
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
88 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 35 hours
Altı nömrəli həyat və dünya xəstəxanası
Spoiler Rus ədəbiyyatının zirvə kitablarından olan
Altı Nömrəli Palata
Altı Nömrəli Palata
şəxsiyyətini itirmiş ictimaiyyətin həyatda qalma mübarizəsindən bəhs edən bir əsərdir. Rusların uzun və qalın kitablarının əksinə qısa və konkretdir. Hadisələr şəhərləri və ölkələri əhatə etmir, altı nömrəli palata əsərə ev sahibliyi edir və kiçik olmasına baxmayaraq, bütün insan
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
88 syf.
10/10 puan verdi
·
Liked
Anlaşılma istəyi
İnsanlar daima onları anlaya biləcək və fikirlərinin uyuşduğu bir dosta ehtiyac duyurlar.Amma bunu eləməyə çalışarkən qarşılarındakı insanın yaşama tərzini mühakimə edir,onun etdiyi səhvləri etməyəcəklərini ona başa salmağa çalışırlar.Qarşılarındakı insanın fikirlərini isə yox sayır,daima özlərini düşünür,öz mühakimələrinin doğru olduğunu düşünürlər.Amma eyni vəziyyət öz başlarına gələndə başa düşürlər ki,burada onlara işıqlı kimi görünən hər şey əslində həqiqətən can sıxıcı və acı vericidir.Və onlar da eyni qarşılarındakı insan kimi buna reaksiya verir,hətta daha qorxunc hala düşürlər.
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
Reklam
88 syf.
8/10 puan verdi
·
Read in 6 hours
Başqa rus klasiklerində gördüyümüz acınacaqlı durum, yoxsulluq,yaşamı və ölümü sorğulama, həqiqət axtarışı Çexovun bu kiçik hekayəsində də müşahidə edilir. Kitab özünü yalnız hiss edən Andrey Yefimiç ilə universitet oxuyan lakin dəlixanaya atılmış bir "dəlinin" fəlsəfik mövzular üzərində söhbətindən ibarətdir. (yəni əsas məqam budur.) Andrey Yefimiç İvan Dmitriçin danışdığı məsələləri bəyənir və onunla söhbət etmək istəyir lakin ilk başda İvanin qorxuları olduğu üçün onunla söhbət etməkdən çəkinir və şübhələnir,lakin sonrakı söhbətləri olduqca maraqlı davam edir. İvanin həkim Andreyə "mən xəstəyəm amma yüzlərlə dəli azad şəkildə gəzib dolaşır, siz nadan olduğunuz üçün onları ayırd edə bilmirsiniz" cümləsi kitabın əsas ideyasıdır. Ümumiyyətlə cəmiyyət dərk edən, həqiqəti anlayan və onu insanlara təbliğ etməyə çalışan yaxud axtarışında olan insanları qəbul etmir və dəli adlandırır, Çünki cəmiyyət həqiqəti duymaq istəmir,həqiqtsə acıdır. Andreyin də dediyi kimi həyatdakı ən yüksək 2 nemət budur. 1) Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür 2) dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq Həyatı dərk etmək lazımdır,həqiqi nemətdə onu dərk etməkdir. Kitabda əsas sual isə budur ki əgər hər şey torpağa gömüləcəksə yaşamın nə mənası var?insan yaratmaq sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə lazımdır. Həyatınızı nə qədər gözəl bir şəfqət işıqlandırsada yenə axırda sizi tabuta qoyub aparacaqlar.
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
88 syf.
·
Not rated
·
Read in 22 hours
Spoiler!!!
6 Nömrəli Palata Anton Çexovun yazdığı qısa hekayə olmasına baxmayaraq, iki personaj ilə cəmiyyəti izah etməyə çalışmışdır. Əsəri bəyəndim və bu əsər insanın daxili dünyasını, cəmiyyəti daha yaxşı başa düşməyə kömək edir. Əsərdə İvan Dmitriç adlı personajımız həyatda çətinliklərlə qarşılaşmış, özünü bir yalana inandıraraq sonunda dəlixanaya
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
88 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 7 days
6 nömrəli palata ya da ağıllı dəlilər. Çexov qələmi ilə ilk tanışlığım. Rus ədəbiyyatı olmasına baxmayaraq, sadə dillə yazılmış bir kitab idi. Oxuyanda zövq aldığım kitablar sırasına daxil oldu. Əsər boyunca insanların necə də bir birindən fərqli olduğunu və insanların özlərindən başqa fərqliliklərə nə qədər qapalı olduğunu bir daha anladım. Bir də kitab Rusiyadakı ab havanı hər cümlədə hiss etdirə bilirdi.
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
88 syf.
6/10 puan verdi
·
Liked
·
Read in 9 days
Bu dünyada hər şey mənasız və qarmaqarışıqdır.
Əsər vasitəsilə yazıçı bədii imkanlardan ustalıqla istifadə edərək cəmiyyəti dağıdan ən əsas qüvvə olan insan şəxsiyyəti üzərində zorakılıq, hörmətsizlik ona qarşı olan haqsızlıq və bəraət, cəmiyyətdə fərdin haqq-ədalət uğrunda mübarizəsindən geniş söhbət açır. Əsərin dili biraz qəlizdir. Ancaq oxumağa dəyər deyə düşünürəm..Xoş mütaliələr
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
Reklam
88 syf.
10/10 puan verdi
Kiçik hekayələri ilə rus və eləcə də dünya ədəbiyyatında öz sözünü demiş Çexovun bu əsəri insanı dərin düşüncələrə dalmağa vadar edir. Dialoqların möhtəşəmliyi əsəri daha oxunaqlı edir. İctimai-fəlsəfi söhbətləri çox incə və gözəldir. Bir daha oxusam əsəri "Altı nömrəli palata"dan çıxa bilməyəcəyimi düşünürəm. Şiddətlə tövsiyə edəcəyim kitablar siyahısındadır.
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.