Gönderi

248 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu son zamanlarda distopik kitablar oxuyuram. Bu kitab da distopik kitab idi. Həm mövzusu, həm axıcılığını çox bəyəndim. Mövzu Bir sistem yaradılıb. Qız uşaqları müəyyən yaşa çatanda seçim edirlər. Əslində özləri etmir. Bir bilet çəkirlər, bu bilet ya mavi, ya da ağ rəng olur. Hər iki rəngin öz mənası var. Əgər nəticə mavi rəngdirsə, evlənməməli və uşağın olmamalıdı, sadəcə iş həyatın olur. Əksinə ağ rəng olursa, iş həyatın olmur, evlənməli və uşağın olmalıdır. Yəni hər iki tərəf də bir-birinə həsrət aparır. Mavi bilet çəkənlər bir müddətdən sonra ağ bilet çəkənlər kimi olmaq istəyir, ağ bilet çəkənlər isə mavi biletlilər kimi. Ancaq belə insanlar olmaya da bilər. Amma baş obrazımız Calla digər bileti çəkənləri şanslı görənlərdəndir. O da yaşı çatanda biletini çəkir və mavi olur. Əslində qızlar arasında ilk vaxtlar təkcə qızlar yox hamı mavi biletliləri daha şanslı görür. Calla da belə düşünür. Həyatının ilk illərini bəyənir, razı olur. Ancaq bir müddət sonra o da istəyir evlənin və uşağı olsun. Ancaq bu sistemə qarşı gəlmək idi. Sonra bir gün R ilə qarşılaşır və onu sevir, sonra isə uşağı olacağını Calla bilir. Callanın həkimi istəyir onu fikrindən daşındırsın, amma olmur. Bu sistemdə həm də qadınlar bir qayda ilə həkimə getməli idilər. Həm fiziki cəhətdən, həm də psixoloji cəhətdən lazım idi bu həkimlər. Sonra həkimi Callaya kömək edir burdan qaçsın. Beləliklə, kitabın əsas hissələri başlayır. Kitab oxunmağa dəyər kitabdır, hər kəsə tövsiyə edirəm.
Mavi Bilet
Mavi BiletSophie Mackintosh · Can Yayınları · 2020481 okunma
·
620 görüntüleme
Aysun Quliyeva okurunun profil resmi
Maraqlı gəldi😃əlavə etdim oxuyacaqlarıma.
Aceso okurunun profil resmi
Yes, mənə bu kitabı atam demişdi.
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.