Gönderi

80 syf.
10/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
Stefan Zweig-dən oxuduğum 2-ci kitab oldu. 1-ci kitab kimi çox bəyənmişdim. Zweig hissləri çox gözəl ifadə edir. Şahmat kitabında bir insan necə bir oyundan asılı olur, ona görə dəli vəziyyətinə düşür o hissi, bu kitabda isə adından bilindiyi kimi qorxu hissini insana çox gözəl hiss etdirir. Kitabı oxuyarkən mən də əsas obraz kimi qorxu hissini çox gözəl hiss etdim. Mövzu Əsas obraz İrene həyat yoldaşı, vəkil Fritzli piyanist Eduard ilə aldadır. Ancaq Eduardın yanından getdikdən sonra bir qadın qarşısına çıxır, onun nə etdiyini deyir, bu zaman İrene qorxaraq ona 100 kron verir. Kron burda Avstiya kronu yəni Avstiyanın pul vahidi nəzərdə tutulur. İlk dəfədən sonra İrene qorxur, ancaq düşünür ki, onun ailəsi nəcabətlidir, ona heç nə edə bilməz. Ancaq qadın onu tərk etmir. İrene yenə Eduardın yanına gedir, qayıtdıqdan sonra İrene o qadını evinin qarşısında görür və qadın yenidən pul istəyir. İrene bu zaman başa düşür ki, qadın onun şəxsi məlumatlarını bilir. Bundan sonra onu qorxu hissi bürüyür. Hər yerə izlənmə qorxusu ilə gedir, evində də qorxu hisslərini yaşayır. Axşamları rahat yata bilmir, onu narahat edəcək yuxular görür, yuxudan qışqıraraq oyanır. Bir gün yuxudan ayılanda həyat yoldaşının ona qəribə baxışlarla baxdığını görür və ona qarşı olan davranışlarının dəyişdiyini hiss edir. Kitab həm də çox axıcı kitabdır. Hər kəsə tövsiyə edirəm.
Korku
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022104,2bin okunma
··
233 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.