Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

304 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Umut" serisinin ikinci kitabı, "Asi ve Mavi" Əgər 1 ay dözə bilsəm, seriyanın 3-cü kitabı "Bana öyle bakma"nı avqust ayında oxumağı planlayıram, amma dözə bilsəmm... Ruhuma xitab edən bir kitab daha... "Yusuf Yüzlü Demir Yürekli"nin yeri tamam ayrı, amma bu kitab məni daha çox səhnəsində qəhərə boğdu. Təkrar-təkrar oxuyub ağladığım, yenə göz yaşlarıma hakim ola bilmədiyim sətirlər. Belə bir cümlə qurmuşdum, "Kitabları səssiz oxuyan biri olaraq, səsli oxuduğum cümlələr ağlatdı həm də". Kitabların duyğusu ilə dolub-daşdığım zamanlarda əlimə qələm alıb hisslərimi kağıza tökməyi çox sevirəm, belə anlarda əlim yazmır yalnız, ruhum mürəkkəbi olur qələmimin. Tək mənəmi belə təsir edir? Bilmirəm, amma hər cümləsində əriyib gedirəm. Qəlbim yanır, zehnimin hər bucağında hiss edirəm zərrə-zərrə. Bu nədir, Allahım? Qurtula bilmədiyim dərinliyə, çıxa bilmədiyim dəryaya girirəm hər dəfəsində. Çox sevdiyim birinin kitab barədə yazdığı bir cümləni xatırlayıram, "Bu necə sevməkdir, əzizim?" demişdi heyranlıqla... Oğuz tərəfindən o kitabların arxasına yazılan sətirləri başqa bir həyəcanla oxuyurdum Günnurla birgə, o qədər gözəl, o qədər şairanə... Bir də... Günnurun atasına yazdığı məktubları, qəm-kədər axaraq hər cümləsindən. Yaşamadığım acıları yaşatdı mənə, Günnur. Duymadığım özləmi, qəlbimi sızıldatan o həyatı yaşatdı bir kitabda. Gözüm-könlüm axtarışındadır dünəndən bəri eyni hisslərin. 3 günümün səhərini kitaba olan sevdamla açırdım. Bitib indi, boşluqda hiss edirəm özümü. Son bir kitab qaldı, "Bana öyle bakma". 3 həftə öncəyə kimi içimə böyük dərd olub oturmuşdu, ammaa. Öyrəndim ki, "Umut" serisinin ardı olan 4 kitab yazılmaqdadır, bu bir az rahatlatdı içimi. 7 kitablıq bir "Umut" serisi, necə də məftunedici səslənir. Dörd gözlə, həm səbirlə, həm səbirsizliklə gözləməyə davam edirəm.
Asi ve Mavi
Asi ve MaviŞeyma Demir · Dokuz Yayınları · 2019453 okunma
·
385 görüntüleme
Samirə Abbasova okurunun profil resmi
3 gün sonra :D Okumaya başladı: Şeyma Demir - "Bana öyle bakma" 😂😂😂
Sevaland okurunun profil resmi
Martin deyib ki, kitap oxuyan insanlar minlerlə həyat yaşayar. Hiç oxumayanlar sadəcə bir həyat. Yazdığın cümlələr mənə bu cümləni xatırlatdı. Günnur və Oğuzla şahid olduğun həyacan, onların duyğuları, ruhsal acıları o qədər böyük nemət ki..🥲🤍
Samirə Abbasova okurunun profil resmi
Çoxx gözəl imiş, həqiqətən də. Ruhsal acılarını öz ruhumda zərrə-zərrə hiss etmək vardı ya bir də, ahh... Təşəkkür edirəmm💕
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.