Geniş xəyalların uşaqları
7/10
·248 syf.··
Beğendi
·
2022 10. kitabı
·
10 günde okudu
·
Okunma: 12 Temmuz 2022 09:53
Əgər bir zaman maşını icad edilsə idi, çoxlarımız gələcəyə gedərkən, bəziləri uşaqlığına gedərək o gözəl günlərə nəzər salardı. Qışqıra-qışqıra çöldə qaçmalarına, qurulmuş səmimi dostluqlara, gözləri ilə həyata işıq saçan uşaqlara baxardı. Bu istilik bizi də xoşbəxt edərdi. Amma bu hələki mümkün deyil, amma José Mauro de Vasconcelos "Şirin Portağal Ağacım" ilə uşaqlığın gözəl çağlarını bizə sətirlərlə yaşadır. Kitab çox sadə dillə, daha doğrusu, uşaq diliylə yazılıb. Vaskonselos sanki bu sətirləri birbaşa Zezenin yanında ikən qeyd edib, uşaq fikirlərini çox məharətlə əks etdirib. Amma bütün bunlara baxmayaraq, kitabın giriş və bəzi orta hissələri hər hansı bir istiqamətdə getmədiyi üçün məni həddindən artıq sıxdı. Hətta bu kitabın niyə bu qədər tərifləndiyini anlamırdım. Sonradan artıq Zezenin həyatında önəmli hadisələr baş verdikdə hər şey yoluna düşür. Və kitabda güclü fəlsəfi fikir yoxdur. Amma bəzi kitablar var ki, içərinizdəki sönmüş o uşağı yenidən alovlandırmağı bacarır. Bu kitab da bu tip əsərlərdən biridir. "Şirin Portağal Ağacım" sizi uşaqlığınıza aparacaq. Zeze danışdıqca sanki siz danışmış olacaqsınız. Onun sonsuz xəyal dünyasını sanki siz vaxtı ikən yaratmışsınız. Döyülərkən keçirdiyi hissləri sanki siz keçirmişsiniz. Uşaq olanda dostluğun təmizliyini, həyata yeni-yeni atılmış addımları, hər şeyin nə qədər mənalı olduğunu xatırlayacaqsınız. İllərin süpürüb apardığı mənalar və səmimiyyət gözünüzə görünəcək. Və hər şey bitdiyində, uşaqlığın təmiz hisslər və sonsuz xəyal və ümidlərlə ötüb-keçməsini anlayacaq və kədərlənəcəksiniz. Gərək hər birimiz bu kitabı Zeze ilə yaşıdkən oxuyardıq. O bizə bu həyatı şirin detallarla öyrədərdi. Amma pis olmayın, onu bu gün oxumaqla siz qəlbinizdəki uşağı yenidən alovlandırdınız. Onu söndürməyin, bəlkə o sizə yenidən xoşbəxt olmağı öyrədər. Mütləq oxumalı olduğunuz bir əsər olmasa da, oxuduqda sizi kədərləndirəcək və həyata yenidən nəzər saldıracaq bir əsərdir Şirin Portağal Ağacım . Buna görə də, bu kitabı kiçiklərə oxudun, tövsiyə edin və arada bir açıb vərəqləyin ki, içinizdəki uşaq da xoşbəxt olsun.
Edebiyat
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018275,5bin okunma
·
160 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.