Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

250 syf.
·
Puan vermedi
·
13 günde okudu
Vətənpərvərlik nədir? "- Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı, torpağı bölüşən insanlara duyduğun təmannasız sevgidən, məsuliyyətdən, ləyaqətdən yaranır. Toqpağı sevmək, anaya, övlada olan hiss kimidir." Niyə sevməlisən?" demirsən, sadəcə sevirsən."⠀ Müasir dövr ədəbiyyatımızda Qarabağ savaşından, əsgərlərimizin qəhrəmanlıqlarından bəhs edən hansı kitabları bilirsiniz? Bu mövzuda kitablar oxumusunuzsa siz də qeyd edin, mən isə sizinlə Rövşən Abdullaoğlunun yeni kitabı "Koramal" haqqında fikirlərimi bölüşmək istərdim. Öncə onu qeyd edim ki, kitab Birinci Qarabağ və Sovetlərin dövründə Əfqanıstan müharibəsi zamanı baş verənləri əks etdirir. Hansı ki, Sovet ordusu tərkibində Azərbaycanlı əsgərlər də döyüşürdü. Millət fərqi etmədən, ermənilər və Azərbaycanlılar birlikdə. ⠀ Əfqanıstanda ermənilərlə birgə döyüşmüş, hətta həyatlarını belə xilas etdikləri əsgərlərlə bu dəfə iki ayrı cəbhədə savaşırlar. ⠀ Müharibə, itirilən torpaqlar, dağılmış ailələr. Bir qəhrəmanlıq hekayəsi. ⠀ Kitabdakı obrazlar 1 və 2ci Qarabağ müharibəsi şəhidləri, qəhrəmanları adlarını daşıyır. Bununla da müəllif yəqin ki, həmin adları bir daha əbədiləşdirmək istəyib. Məncə uğurlu da alınıb.⠀ Oxuduqca özünüzü bir anlıq müharibənin ortasında, Abdulla, Həmid, Əliyar və digər əsgərlərin yanında hiss edəcək, əsir düşərgəsində bütün işgəncələrə qarşı dözüb, nə olursa olsun düşmənə sirr açmadan susan xalqımızın qəhrəmanlığını görəcəksiniz. ⠀ Əsirləri həyatda saxlayan nə idi? Hansı ki, ağıllarını itirməyib, bütün işgəncələrə qarşı durub, susma gücü verirdi? ⠀ Bir çox kitablarda və filmlərdə bu "ümid" hissi ilə cavabını tapır. Düşünürəm ki, bu sualı bu dəfə "Koramal"da keçən bir ifadə ilə tamamlamaq olar: "Nə olursa olsun, ruhunu diri saxla, xəyallarını, ümidlərini diri saxla." Uzun tarixi faktlara yer verilmədiyi üçün kitab çox axıcıdır. Əksinə, hadisələrin obrazların dili ilə təsviri, hətta tarixi hadisələrin belə dialoqlar vasitəsilə çatdırılması oxucunu yormur. ⠀ Kitab haqqında isə çox yazmıram və sadəcə oxuyun, oxutdurun deyirəm. ⠀ Hər kəsə xoş mütaliələr
Koramal
Koramal
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
·
263 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.