Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər? “Qırmızı imperiya”nın qanlı oraq-çəkici altına cəm olmuş sadə insanların kədərli aqibətinə, Əfqanıstan və Qarabağ müharibələrinin pərdəarxası məqamlarına işıq salan yeni roman: böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Yazar:
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Tahmini Okuma Süresi: 9 sa. 31 dk.Sayfa Sayısı: 336Yayınevi: Qədim Qala Nəşriyyatı
ISBN: 9789952558036Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
·
Puan vermedi
·
13 günde okudu
Vətənpərvərlik nədir? "- Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı, torpağı bölüşən insanlara duyduğun təmannasız sevgidən, məsuliyyətdən, ləyaqətdən yaranır. Toqpağı sevmək, anaya, övlada olan hiss kimidir." Niyə sevməlisən?" demirsən, sadəcə sevirsən."⠀ Müasir dövr ədəbiyyatımızda Qarabağ savaşından,
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
Reklam
336 syf.
9/10 puan verdi
·
Beğendi
Koramal
Marafonun 3-cü kitabını da bitirdim. Ən çox vaxt ayırdığım bu kitab oldu hələki. Xəstəliyimlə əlaqədar bir neçə gün oxuya bilmədim. İkinci oxuya başlayanda yəqin bu kitabdan başlayaram, çünki ara verib oxuyanda boşluğa düşürəm, hadisələrin sırası yadımdan çıxa bilir. Kitabda hər kəsin həyatı təsir edir lakin mənə ən çox təsir edən İsrafil və Qasımın taleyi oldu. Mehdinin də kim olduğunu onsuz da təxmin edirdim. Ancaq yenə də kitabın bir neçə yerində hadisələrin gözləmədiyim , ağlıma gəlməyəcək nəticələri və səbəbləri vardı.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
Vətənpərvərlik nədir? "- Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı, torpağı bölüşən insanlara duyduğun təmənnasız sevgidən, məsuliyyətdən, ləyaqətdən yaranır. Torpağı sevmək, anaya, övlada olan hiss kimidir. "Niyə sevməliyəm?" demirsən, sadəcə sevirsən." Müasir dövrdə Qarabağ savaşından, Əsgərlərimizin
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
336 syf.
10/10 puan verdi
KorAmal Salam dostlar!Hər vaxtınız kitab! "Həqiqətən mi günahsız insanların öldürülməsi "hökmranlıq" sayılır..? Bu qədərmi itirdiq yolu? Heçmi tapılmaz, "haqq işığı" düşməz oldu yolumuza..?"
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
qələmindən oxuduğum 3 cü kitabdır. Əsər Əfqanıstan və 1 ci Qarabağ müharibəsindən, müharibə dövründə xalqımızın
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
Reklam
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Rövşən Abdullaoğlu: "KorAmal"
KorAmal - Kor amal. "За родину" şüarının bəzəkli təntənəsi altında nə uğrunda döyüşdüklərini, can verdiklərini bilməyən sadə insanlar. Qırmızı imperiyanın yamaqlı manipulyasiyasına boyun əymiş yuyulmuş beyinlər, xəyanətlər, siyasi oyunlar vəəə bütün bunların qarşısında əyilmədən duruş gətirən Gizli Qəhrəmanlar - Mehdilər, Əliyarlar, Xudayarlar, Albertlər... "Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da" söyləyən yazıçı romanda 1-ci və 2-ci Qarabağ müharibəsini bir-biri ilə əfsanəvi şəkildə sintez edərək seçdiyi qəhrəmanları hələ azad olunmamış Şuşa üçün, Dəmir Yumruq əməliyyatı üçün hazırlayır. Qanlı oraq və çəkicin bir gün mütləq sapından qırılacağını hiss etdiyi, hətta buna əmin olduğunu bilsə də, kapitan yenə də əsir düşdüyü əfqanlara qarşı çıxır, Qırmızı imperiyanın bütün dünyaya sülh və əmin-amanlıq gətirəcəyinə inanır. Qarabağ savaşından bəhs edən, həyatımda oxuduğum ən mükəmməl roman olduğunu dünyaya bağırmaq istəyirəm. Oxuduqca hisslərimə hakim ola bilmədiyim, yeri gələndə səsli gülüb, səsli duyğulandığım, ikinci dəfə oxumağıma rəğmən eyni səhnələrdən təsirləndiyim möhtəşəm romandır. Mütləqqq oxuyunnn.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
335 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Hey Dünya!
Yaralarına sətirləri ilə məlhəm olan bir ruh var..
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
• ️ Həqiqətən mi günahsız insanların öldürülməsi “hökmranlıq” sayılır..? Bu qədərmi itirdiq yolu? Heçmi tapılmaz, “haqq işığı” düşməz oldu yolumuza..?
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
336 syf.
·
Puan vermedi
·
4 günde okudu
Bizdən başqa heç kəs.
Tariximizin qanlı səhifəsində 'bizdən başqa heç kəs' yanımızda olmadı. Həyatı sorğuladacaq bir kitabdır. Oxuduqdan sonra boş divara baxıb, göz yaşlarıma hakim ola bilmədim.. Mövzu I Qarabağ müharibəsi.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
– Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da.
İlk olaraq qeyd edim ki,Qarabağ mövzusu ətrafında bir çox əsərlər qələmə alınıb. Bu çoxluq gözümüzə şablon kimi görünə bilər. Ancaq "Koramal" əsərində fərqli nüanslar var idi. Yazar Sosialist Rusiyasının Azərbaycanana təsirini Abdulla komandirin və digərlərinin donunda əks etdirir. Bünövrəsi ta əvvəldən qoyulan bu ideologiyanın sonda bizi gətirib çıxardığı vəziyyət isə ortadadır. Diqqətimi çəkən və hətta məni qürrələndirən digər məsələ əsərdəki qəhrəmanların məxüsusi seçilən adları və "Kod adı : Mehdi" nünasi idi. Digər məsələlər isə - döyüş səhnələri,əsirlərlə münasibət və.s reallığın əksi olaraq qalır. Burada digər qeyd olunan məsələ "Qızıl xaç"dan gələn müfəttişlərin rəsmən lal,kar,kor kimi davranması idi ki,bizə kimə güvənib,kimə güvənmək lazım olduğunu açıq-aşkar göstərirdi. Beləcə kitabı oxumaqla tarixi yenidən yaşayacaq və unutmamalı olduğumuzu anlayacaqsınız. Torpaqlar alınmış ola bilər,amma QARI DÜŞMƏN DOST OLMAZ!!!
Koramal
Koramal
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
Reklam
336 syf.
10/10 puan verdi
·
12 günde okudu
Yaşam, sevinc, müharibə, həyat, başlanğıc və son
Bir kitab oxuyarkən onu öz təxəyyülünüzdə filmləşdirir və sanki, qıraqdan, olanlara baxan izləyicisiniz. "Koramal" ı oxuyarkən qurduğum təxəyyüldən heç ayrılmaq istəmədim. Müharibəylə bağlı çox şey oxumuşam. Bəlkə də, bu özümüzünki idi deyə, bu qədər təsir etmişdi və ya bu yerli yazıçı idi deyə bu qədər diqqətlə analiz etmişəm. Müharibə haqqında vahid bir qərara gəldim. Çalışırdım ki, hər mənalı dialoqda düşünüm. Ümumiyyətlə, şəxsi olaraq bədii kitabları üstün tuturam, çünki, məncə, insana ən böyük mesaj mətnaltı sətirlərlə verilir. Əslində, kitabda anlamadığım Şəfiqənin adının niyə deməsi ilə əlaqəli olan hissə idi. Digər hər şeyi aydın başa düşdüm. Bir hissədə dedim ki, bu hissəni daha sirli, izah etmədən verə bilərdi. Lakin, sonda vurğulanan bəzi nüanslar o qədər gözəl, hətta, asanlıqla unudulan şeylər idi ki, düşündüm ki, yazıçı bunları izah edibsə, bildiyi nəsə var, mən yanılıram. Kitab haqqında deyəcək sözüm yoxdur. Mövzu Qarabağ müharibəsi, müharibənin, vətənpərvərliyin fəlsəfi və subyektiv tərəfləri, şəhidlərin həyatı ilə əlaqələdir. İstifadə etdiyi bəzi sözlərin mənasını, ümumiyyətlə, Azərbaycan leksikalogiyasında tapa bilmədim, bu sözlər yazıçının nə qədər intellektual və araşdırmacı biri olduğunu göstərir. Çox ağır kitab deyil, yerli yazıçılar oxumaq istəsəniz, Rövşən Abdullaoğludan başlayın. Məncə, yaşayan və belə özəl qələmi olan şəxslər, yaşadıqları anda o dəyəri görməlidirlər.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Koramal
Kitabı okuduğumda sinirlendim, küfr etdim, hayranlık duydum, qururlandım, paramparça oldum ve sonunda acı gözyaşları döktüm. Kitap çok büyük değil, ancak birçok çok ciltli eserden daha fazla anlamı var. Bu kitap, yüksek teknoloji, kariyer, batıcılık hayallerini idölleşdirmiş basit düşünce sahiplerine değil, yüksek ideallere dayalı değerlere sahip hürriyyet fedaileri için bir kitaptır. Bu yüzden zevkle okuyun.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.