Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

336 syf.
10/10 puan verdi
·
12 günde okudu
Yaşam, sevinc, müharibə, həyat, başlanğıc və son
Bir kitab oxuyarkən onu öz təxəyyülünüzdə filmləşdirir və sanki, qıraqdan, olanlara baxan izləyicisiniz. "Koramal" ı oxuyarkən qurduğum təxəyyüldən heç ayrılmaq istəmədim. Müharibəylə bağlı çox şey oxumuşam. Bəlkə də, bu özümüzünki idi deyə, bu qədər təsir etmişdi və ya bu yerli yazıçı idi deyə bu qədər diqqətlə analiz etmişəm. Müharibə haqqında vahid bir qərara gəldim. Çalışırdım ki, hər mənalı dialoqda düşünüm. Ümumiyyətlə, şəxsi olaraq bədii kitabları üstün tuturam, çünki, məncə, insana ən böyük mesaj mətnaltı sətirlərlə verilir. Əslində, kitabda anlamadığım Şəfiqənin adının niyə deməsi ilə əlaqəli olan hissə idi. Digər hər şeyi aydın başa düşdüm. Bir hissədə dedim ki, bu hissəni daha sirli, izah etmədən verə bilərdi. Lakin, sonda vurğulanan bəzi nüanslar o qədər gözəl, hətta, asanlıqla unudulan şeylər idi ki, düşündüm ki, yazıçı bunları izah edibsə, bildiyi nəsə var, mən yanılıram. Kitab haqqında deyəcək sözüm yoxdur. Mövzu Qarabağ müharibəsi, müharibənin, vətənpərvərliyin fəlsəfi və subyektiv tərəfləri, şəhidlərin həyatı ilə əlaqələdir. İstifadə etdiyi bəzi sözlərin mənasını, ümumiyyətlə, Azərbaycan leksikalogiyasında tapa bilmədim, bu sözlər yazıçının nə qədər intellektual və araşdırmacı biri olduğunu göstərir. Çox ağır kitab deyil, yerli yazıçılar oxumaq istəsəniz, Rövşən Abdullaoğludan başlayın. Məncə, yaşayan və belə özəl qələmi olan şəxslər, yaşadıqları anda o dəyəri görməlidirlər.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
·
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.