Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nigar Sultanlı

Nigar Sultanlı
@nigarsultanli
Social work
Baku State University
Baku
Azərbaycan, 16 Ağustos 2004
16 okur puanı
Kasım 2022 tarihinde katıldı
AŞK VE ŞİİR
-Ben oldum olası şiiri aşkın gıdası olarak görürüm -Saf, derin, sağlıklı bir aşk için belki... Zaten güçlü olan bir şeyi, her şey besler. Ama eğer bu hafif, zayıf bir tür eğilim ise benim görüşümə göre güzel bir son onu açlıktan öldürür.
Sayfa 55
Reklam
248 syf.
8/10 puan verdi
·
27 günde okudu
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde
8.5/10 · 73,4bin okunma
248 syf.
8/10 puan verdi
·
27 günde okudu
Portret, vicdan, dostluq və dərinlik
Ən çox sevilən kitablardan olan Dorian Qreyin portreti əsas obrazın düşüncələri, həyata baxışı, onun dərinə enərək axtardığı mənəviyyatı, daxili xüsusiyyətləri ilə əlaqədardır. İlk hissələrdə Lord Henri ilə aparılan dialoqlar, onun dedikləri ən çox altını xətlədiklərimdən idi. Kitabda mənəviyyatla, əsas və global mövzularla bağlı gözəl fikirlər var. Daş, din və geyimlərlə olan qisim ürəyimi çox sıxdı, amma süjetə söz ola bilməzdi. Hətta bir çox hissələri özüm təxmin edə bilirdim ki, bundan sonra hansı hadisələr baş verə bilər. Xüsusilə, Bezilin öldürülməsi, portretin cırılması, sonda özünü qətlə yetirməsi hekayəni daha axıcı edirdi. Portret əslində Dorian'ın vicdanını əks etdirdiyini onun hər dəfə müxtəlif versiyalarda görülməsi xırda və özəl detallardan idi.
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201973,4bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
Həyatı insanın iradəsi yaxud niyyətləri idarə etmir. Həyat sinir liflərindən, düşüncələrin gizləndiyi, ehtiras və istəklərin doğulduğu ləng inkişaf edən hüceyrələrdən asılıdır. Məsələn, sən güclü adam olduğunu və heç bir şeyin sənə təhlükə yaratmadığını düşünürsən. Amma belə deyil; otaqdakı əşyaların, ya da səhər səmasının təsadüfi rəngi, yaxud özü ilə birlikdə şirin xatirələri də gətirən nə vaxtsa xoşladığın bir ətir qoxusu, unutduğun bir şeirin təsadüfən xatırladığın bir beyti, yaxud da çoxdan bəri çalmadığın bir musiqi parçası,- bax, bizim həyatımız bunlardan asılıdır.
Sayfa 240Kitabı okudu
Həyat başqalarının səhvlərini öz üzərinə götürmək üçün çox qısadır. Hər kəs öz həyatını yaşayır və öz əməllərinin cəzasını da özü çəkir. Amma təəssüf ki, bəzən insan bircə səhvə görə bütün ömrü boyu əzab çəkməli olur. Tale insanla haqq-hesab apardıqda onun adını borc dəftərindən heç vaxt silmir.
Sayfa 210Kitabı okudu
Reklam
İnsanın ədəbiyyatda da öz əcdadları olur və bu əcdadları xüsusiyyətlərinə və təbiətlərinə görə, bəlkə də insana daha yaxındırlar. Doriana elə gəlirdi ki, bəşəriyyətin tarixi - onun öz həyatının, reallığın şərtləri içində yaşadığı həqiqi həyatının deyil, beyninin və istəklərinin əmrinə tabe olan təxəyyülünün onun üçün yaratdığı bir həyatın salnaməsidir.
Sayfa 161Kitabı okudu
Yaxşı qərarlar çox vaxt bədbəxtliklə nəticələnir, çünki bu qərarlar həmişə çox gec qəbul olunur.
Sayfa 114Kitabı okudu
Özünə əzab vermək, özünü alçatmaq bəzən insana həzz verir. Özünüzü günahkar çıxaranda, başqa heç kəsin bizi günahlandırmağa haqqı olmadığını hiss edirik. Günahlarımızı bağışlayan keşiş yox, etirafdır, tövbədir.
Sayfa 110Kitabı okudu
Psixologiyanı nə vaxtsa dəqiq elmlər sırasına daxil edə biləcəyikmi ki, hətta ən kiçik həyat mənbəyi də bizim üçün aşkar olsun? Biz özümüzü həmişə səhv başa düşürük, başqalarını da nadir hallarda anlayırıq. Təcrübənin əxlaq baxımından heç bir dəyəri yoxdur. Təcrübə- insanların öz səhvlərinə verdiyi addır. Əxlaq nəzəriyyəçiləri təcrübəni həmişə xəbərdarlıq vasitəsi kimi qəbul ediblər və hesab ediblər ki, təcrübə- xarakterin formalaşmasına müəyyən təsir göstərə bilər. Onlar təcrübəni tərifləyib şöhrətə mindiriblər, guya təcrübə bizə yol göstərir, nəyin ardınca getməyi, nədən qaçmağı bizə o öyrədir. Amma təcrübə hərəkətverici qüvvəyə malik deyil. Təcrübə də vicdan qədər az fəaldır. Əslində, təcrübə bizə gələcəyimizin də keçmişimiz kimi olacağını, bir dəfə çəkinə-çəkinə işlətdiyimiz günahı dəfələrlə, həm də məmnuniyyətlə təkrar edəcəyimizi göstərir.
Həyatın məqsədi- özünü inkişaf etdirməkdir. Öz varlığımızı, mahiyyətimizi tam şəkildə ifadə etmək- biz bunun üçün yaşayırıq. Bu gün insanlar özləri özlərindən qorxurlar. Onlar unudublar ki, insanın ən ali vəzifəsi- öz qarşısında olan borcudur. Şübhəsiz, onlar xeyirxahdırlar. Acları yedizdirir, çılpaqları geyindirirlər. Amma öz ruhları ac və çılpaqdır. Bəşər övladından artıq cəsarət deyilən bir şey qalmayıb. Bəlkə də buna heç vaxt sahib olmamışıq. İctimai rəy qorxusu- əxlaqın təməlidir; və Allah qorxusu,- bu isə dinin sirridir, - bax, bu 2 şey bizi idarə edir.
Reklam
Dahilik Gözəllikdən daha uzunömürlüdür. Buna görə də savadımızı, intellektimizi inkişaf etdirmək üçün çox səy göstəririk. Yaşamaq üçün amansız bir mübarizədə daimi və sabit bir şeyə sahib olmaq istəyirik. Həyatda öz mövqeyimizi qorumaq üçün əbəs yerə ümid bəsləyərək başımızı faktlarla və hər cür zir-zibillə doldururuq. Çox bilikli insan- bax, dövrümüzün idealı budur! Və çox bilikli insanın beyni qorxunc bir şeydir. O toz basmış əcaib əşyalarla dolu əntiq əşyalar dükanına bənzəyir. Burada hər bir şey öz həqiqi dəyərindən daha yüksək qiymət daşıyır.
Gizlilik
Mən bir adamı çox sevirəmsə, onun adını heç kimə demirəm. Bu, mənim üçün əziz olan insanın bir parçasını başqasına təmsil etməyə bərabərdir. Sirrə sahib olmağı, insanlardan nəyisə gizləməyi öyrəndim. İndi bunu xoşlayıram. Bu, yəqin ki, müasir həyatımızı sirli və maraqlı etməyin yeganə yoludur. Ən adi şey yalnız insanlardan gizlədildiyi zaman böyük maraq doğurur. Şəhəri tərk edəndə indi ən yaxın adamlarına da hara getdiyimi demirəm. Yoxsa bundan zövq ala bilmərəm. Razıyam, bu axmaq bir vərdişdir, amma sanki mənim həyatıma bir az romantika qatır
Əslində sənət həyatı deyil, ona baxanı əks etdirən bir aynadır.
86 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.