Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

FƏXRİYYƏ Hərçənd əsirani-qüyudati-zamanımız, Hərçənd düçarani-bəliyyatı-cahanız, Zənn etmə ki, bu əsrdə avareyi-nanız, Əvvəl nə idiksə, yenə biz şimdi hamanız... Turanlılarız, adiyi-şüğli-sələfiz biz! Öz qövmümüzün başına əngəl kələfiz biz! Zülmətsevər insanlarız üç-beş yaşımızdan, Fitnə göyərir torpağımızdan, daşımızdan, Tarac edərək, bac alırız qardaşımızdan, Çıxmaz, çıxa bilməz də bu adət başımızdan... Əslafımıza çünki həqiqi xələfiz biz! Öz qövmümüzün başına əngəlkələfiz biz! Ol gün ki, Məlikşah Büzürk eylədi rəhlət, Etdik iki namərd vəzirə təbəiyyət, Qırdıq o qədər bir-birmizdən ki, nəhayət, Düşman qatıb əl, taxtımızı eyləd qarət... Öz həqqimizi gözləməyə bitərəfiz biz! Turanlılarız, adiyi-şüğli-sələfiz biz! Bir vəqt olub leşkəri-Çingizə tərafdar, Xarəzmləri məhv elədik qətl ilə yekbar, Xarəzmlərin şahı fərar eylədi naçar, Məscidləri, məktəbləri yıxdıq yerə təkrar... Həqqa ki, səzavari-nişanü şərəfiz biz! Öz dinimizin başına əngəlkələfiz biz! Bir vəqt də dəvayi-səlib olub mühəyya, Dəvada firənglilə qalib gəlib, əmma Dingəlməyib etdik yene bir faciə bərpa, Öz tiğimiz öz rişəmizi kəsdi sərapa... Guya ki, biyabanda bitən bir ələfiz biz! Öz qövmümüzün başına əngəlkələfiz biz! Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq, Azərbaycana, həm də Anatoluya dolduq, Ol qədər qırıb bir-birimizdən ki, yorulduq, Qırıldıqca yorulduq və yorulduqca qırıldıq... Turanlılarız, adiyi-şüğli-sələfiz biz! Öz qövmümüzün başına əngəlkələfiz biz! Bir vəqt salıb təfriqə olduq iki qismət, Teymur şaha bir paramız etdi himayət, Xan Yıldırıma bir paramız etdi itaət, Qanlar saçılıb Ankarada qopdu qiyamət... Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!!! Öz qövmümüzün başına əngəlkələfiz biz! Teymur şahi-ləngə olub tabeyi-fərman, Xan Toxtamışı eylədik al qanına qəltan, Ta oldu Qızıl Ordalarən dövləti talan, Məsko şahına faidəbəxş oldu bu meydan... Əlyövm uruslaşmaq ilə zişərəfis biz! Öz dinimizin başına əngələfis biz! Bir vəqt Şah İsmayilü Sultanı-Səlimə Məftun olaraq eylədik islamı dünimə, Qoyduq iki tazə adı bir dini-qədimə, Saldı bu təşəyyö, bü təsənnüm bizi bimə... Qaldıqca bu halətlə səzayi-əsəfiz biz! Öz dinimizin başına əngəlkələfiz biz! Nadir bu iki xəstəliyi tutdu nəzərdə, İstərdi əlac eyləyə bu qorxulu dərdə, Bu məqsəd ilə əzm edərək girdi nəbərdə, Məqtulən onun nəşini qoyduq quru yerdə... Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz! Öz dinimizn başına əngəlkələfiz biz! İndi yenə var tazə xəbər, yaxşı təmaşa, İranlılıq, osmanlılıq ismi olub ehya, Bir qitə yer üstündə qopub bir yekə dəva, Meydan ki, qızışırdı olarıq məhv sərapa... Onsuz da əgrəçənd ki, yeksər tələfiz biz! Öz qövmümüzün başına əngəlkələfiz biz!
Sayfa 117Kitabı okudu
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.