Gönderi

7/10 puan verdi
Çox sarsıdıcı bir kitab idi.Kitabı oxuyarkən ürəyim parçalandı,bu hadisələri xəyalən düşündükcə o qədər yıprandım ki, bunları canlı yaşayan qadın və onun timsalında minlərlə qadın bu əzablara necə dözə bilib axı?!Dini inancları fərqli olan bu insanlar İraqın şimalında bir neçə ərazidə yerləşiblər. Nadiə və ailəsi Koçoda yaşayan kasıb ailədən biridilər.2014-cü ildə İŞİD bu ərazini işğal edir. Torpaqları ələ keçirib cavan, qoca, uşaq demədən insanları istismar edib, kişiləri qətlə yetirib, az yaşlı oğlanların beyinlərini yuyub özləri üçün terrorist hazırlayır,gənc qızları və qadınları zorlayır..Nadiə də İŞİD-in dəhşətlərini yaşayan, həyatı kabusa dönən yüzlərlə yezidi qadınlardan biridir.Hələ bir gündə 6 qardaşınl və anasını itirən Nadiə daha çox çətinliklərlə, cinsi istismarla üz-üzə qalır.Nə var ki, müsəlman deyil və buna görə təcavüzə, işgəncələrə məruz qalır. Pul qarşılığında başqa kişilərə satılırdı. Çünki İŞİD dininə, qanunlarına görə o "kafirdir". Özlərini "müsəlman" hesab edən bu terror təşkilatı, yazdıqları qanunlara əsasən dini inancı müsəlman olmayan hər kəs öldürülə, taciz edilə, satıla bilərdi. Hətta həddi buluğa çatmamış qızlara qarşı da bu işgəncələri edirlərmiş.Bu onlar üçün haqq hesab olunurdu. Və mən bunları oxuduqca dəhşətə gəlirdim. İslamı bu "insanlar" necə ucuzlaşdıra bilər axı? Kitab haqqında 2 tərəfli düşüncələrim də mövcuddur.
Son Kız: Esaretimin Hikayesi ve IŞİD'le Mücadelem
Son Kız: Esaretimin Hikayesi ve IŞİD'le MücadelemNadia Murad · Epsilon Yayınevi · 2019686 okunma
·
153 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.