Gönderi

ÜRƏK Yaralar qövr edir təzədən ürək, Niyə könül verdin ona sən ürək, O səni sevmədi, sən niyə sevdin! Səni sevməyəni sən niyə sevdin! Eşqinə mən qurban gedim ay ürək, Dedim, neçə dəfə dedim ay ürək, Sevməyir o səni, niyə sevirsən, Səni sevməyəni niyə sevirsən, Sözümə baxmadın, indi yan ürək, Yan ey mənim tək peşman ürək, Sevmirdi o səni, niyə sevirdin! Səni sevməyəni niyə sevirdin?!
·
151 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.