·448 syf.··Beğendi
···Okunma: 15 Temmuz 2022 19:15 Öncəliklə kitabı oxumayan hər kəsə tövsiyə edirəm. Əsərdə bəzi sevmədiyim hissələr olsa da, hisslərimi dolu-dolu yaşadığım kitablardan biri oldu.
Mənim fikrimcə insanlar oxuduğu kitabdan özünə aid bir şey tapdığında o, kitaba daha çox bağlanır.
Bəzi hisslər, duyğular var ki insan öz-özünə ifadə edə bilmir bunları. Ancaq yazar bu hissləri elə ifadə edir ki, sanki o sətirləri oxuduqda içindəki bir boşluğu doldurursan.
Kitab oxuduqda oradakı xarakterlərdən özündə bir şey tapmaq onunla eyni hissləri yaşamaq.
Mən də içimdəki o boşluğu yeni doldurmuşkən kitab bitdi.
Gələk kitaba;
Əfqanistanın paytaxtı olan Kabilin, Vəzir Əkbər Xan bölgəsində yaşayan Puştu kökündən olan Əmirin həyatından söhbət gedir.
Kitabda "Kabilin Sultanları" olan sayğın və tanınmış bir Babanın oğlunun, Həzara nəslindən olan xidmətçi Əlinin oğlu Həsənin arasındakı münasibəti bəlkə də sözlə ifadə etmək mənim üçün çox da asan deyil, ancaq kitabdakı bir cümlədən buna stat gətirə bilərəm;
-Əmirin ağzından çıxan ilk söz Baba olarkən, Həsənin ilk sözü Əmir olmuşdu.
Bunanla belə dostluğu nə qədər gözəl ifadə etmiş olsalar da, nifrəti, ədalitsizliyi, yetərsizliyi, sevgisizliyi də bir o qədər gözəl ifadə edilib.
Əmirin Babsının sevgisini qazanması üçün etdiyi bəzi işlər, Həsənin ona nə olursa olsun duyduğu sədaqət və ya Əmirin Sürəyyanı hər şeyə rəğmən sevməsi...
Bunları yəqin ki sizə ifadə edə bilmərəm.
Əslində bu kitab dünyadakı ədalətsizliyi, pislikləri ifadə edir. Əmirin Həsənə edilənlər qarşısında susması, Həsənin ona edilənlər qarşısında susması, Əfqanıstandan Amerikaya qaçan maşında olanların Rus əsgərlərinə qarşı susması, müdirin səssizliyi. İşaq evindəki uşaqlara edilənlərin üzü, stadionda qadına edilənləri izləyən tamaşaçıların səssizliyi və biz... oxuyarkən keçirdiyimiz hisslər...
İndidən sizə xoş mütəliələr!