Ən sevdiyim serial olan “Leyla ile Mecnun” da gördüyüm bir səhnəyə görə oxumaq istəmişdim bu kitabı. İlk başlarda oxumaqda çox çətinlik çəkdiyim, dəfələrlə yarım buraxmaq istədiyim bir kitab olsa da,daha sonra o qədər əsərin içərisinə daxil olmuşdum ki, çox sürətlə oxuyub bitirdim.
Yusuf Atılganın yazmış olduğu ilk roman olan bu kitab mənə daha çox Oğuz Atayın “Tutunamayanlar” kitabını xatırlatdı. Obrazlar və yazıçının dili o qədər oxşayırdı ki, biraz araşdırdıqdan sonra bildim ki, sən demə elə Oğuz Atay kitabdakı qısa bir replikdən təsirlənərək “Tutunamayanlar”ı yazıb:
‘’Tutamak sorunu. İnsanın bir tutamağı olmalı.’’ ‘’…Tutamak sorunu dedim. Dünyada hepimiz sallantılı, korkuluksuz bir köprüde yürür gibiyiz. Tutunacak bir şey olmadı mı insan yuvarlanır. Tramvaylardaki tutamaklar gibi. Uzanır tutunurlar. Kimi zenginliğine tutunur; kimi işine, sanatına. Çocuklarına tutunanlar vardır. Herkes kendi tutamağının en iyi, en yüksek olduğuna inanır. Gülünçlüğünü fark etmez.’’
Hər kəsin sevə və anlaya biləcəyi bir kitab deyil. Oxucuların rəylərinə baxanda da əksəriyyətinin sevmədiyi, yarım buraxdığını, bir qism insanın isə çox bəyəndiyini müşahidə elədim. Hər kitabın bir zamanı vardır. Mən tam zamanında oxudum deyə bəyəndim.Ümidvaram ki,bir gün yolunuz bu kitabla qarşılaşar