Puan vermedi·126 syf.····Okunma: 21 Temmuz 2022 19:41 - "Böyle mi olacaktı, insanı sonsuz derecede mutlu kılan şey, aynı zamanda üzüntüsünün kaynağı mı olmalı?"
Yazar, hisslərin tərcüməsini o qədər təsirli vermişdi ki, hisslərin reallığı bu təsvirlərə görə əziyyət çəkə bilərdi..
Mövzu mübahisə və konflikt yaradan bir münasibətdən yazılıb. Lakin qəribədir ki, əsəri bitirdikdən sonra içimdə heyranlıqla üzüntünün qarışımı bir duyğu yarandı.
Buna səbəb yazarın pessimistliyi çox ülvi şəkildə göstərməsi olduğunu düşünürəm. Xüsusən də romantik təsvirlər baş rolda olarsa, təsir etməməsi mümkün deyildi.
Werterin, Lotte'ni görə bilmədiyinə görə evindəki çalışanı ("uşağı") onun yanına göndərmiş və "uşağımı ona gönderdim, sırf bugün onu görmüş biri yakınımda olsun diye." Bu qədər doğru sevginin yanlış insan üzərində qurulması həqiqətən acınacaqlıdır.
Lakin, əsərdə baş obrazımızın intihara meyilli olması, bunu özündə haqq qazandırmaq fikirlərini nümunələrlə irəli sürməsini bəyənmədim, əsərə qarşı mənfi hisslər oyatdı.
Fərqli baxış acısı ilə fərqlənən Werter, burjuaziya üzvləri tərəfindən bəyənilmir və yalnızlıq onun üçün həyat tərzinə çevrilir.
"Hem kendimle fazlasıyla meşgul olduğumdan, hem de iç dünyam fazlasıyla fırtınalı olduğundan, başkalarını kendi haline bırakmayı yeğliyorum, keşke onlar da benimle uğraşmasa."
Bu yalnızlıq içərisində olduğu yerləri dəyişsə də, Latte'ni hər yerdə "görür " və iztirabı daha da artır.
Werter, bu iztirablarla yaşaya biləcəkmi? Necə davam edəcək? Oxusanız biləcəksiniz :)
Oxumağı hər kəsə tövsiyə etmirəm, xüsusən pessimist dönəminizdəsinizsə..