Əvvəlcə deyim ki, möhtəşəm 10/10-luq kitab deyil, hər nə qədər elə qiymətləndirsəm də. Artıq və sıxıcı çox şey var. Amma əsas odur ki, çoxluğun içindən lazım olanı tapa bilək. Bəlkə bir söz, bir cümlə
Kitabda hadisələr balaca Scoutun dilindən danışılır. Və hər nə qədər bəsit bir hekayə kimi başlasa da, sonlara doğru insanı içinə almağı bacarır. İdeya olaraq standart qaradərili insanlara xor baxılması, onların cəmiyyətdən təcrid edilməsi, hər nə qədər haqlı olsalar da, anadan məğlub doğulmaları verilib. Günümüzdə kitabdakı kimi qaradərili, ağdərili insan ayrımı minimum həddə olsa da, bir çox cəhətdən irqçiliyi görürük və hələ çox illər də görünəcək. Kitabın aktuallığı da burdadı. Hər hansısa bir kitabı oxuyanda mövzudan çox obrazlar və dialoqlar mənə maraqlı olur həmişə. 300-400 səhifəlik bir kitabdan düşüncəmi dəyişən bəlkə də bir cümlə olur. Burda da Atticus obrazı indiyə qədər oxuduğum bütün kitablardakı obrazlardan üstündü. O, ədalətlin, qürurun, haqqın - gözəlliyin timsalıdır. İstər işində həqiqi vəkil olmasıyla, istər evində möhtəşəm ata olmasıyla, bütünlüklə insan olaraq adlandırıla bilən insandı. Məncə, bu əsər məcburi olaraq yetkinlik dövründən hər kəsə oxudulmalı olan kitablardandır. Ən azından bir ümid bəlkə düşüncələrin dəyişdirə bilər. Oxuyun. Mütləq. Oxuyun.