Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

240 syf.
7/10 puan verdi
·
28 saatte okudu
Fransız ədəbiyyatında özünəməxsus yer tutan, naturalist yazar Emile Zola Tereza Raken romanında maraqlara əsaslanan insan münasibətlərini, basdırılmış duyğuları və onların insanı gətirdiyi nöqtələri bütün çılpaqlığı ilə gözlər önünə sərir. Fərdin daxili tənhalığı, xoşbəxtlik axtarışları, qorxularının ustalıqla təsvir olunduğu əsərdə insan ruhunun dərinliklərindəki əsl mənliyin ortaya çıxma çabalarını izləyir və bunun personajların bir-biri ilə münasibətlərinə yansımasına şahid oluruq. Lap kiçik yaşlarında valideynlərindən ayrı düşən Tereza bibisi xanım Rakenin himayəsi ilə böyüyür. Afrikada qəbilə başçısının qızı anası ilə olan instiktiv bağlılıq onun ruhən azadlığa, sərbəstliyə səsləyirdi. Tereza bibisi oğlu Camille ilə birgə keçirdiyi uşaqlıq dönəmində get-gedə ona bənzəyir, deyilənləri asanlıqla qəbul edir, öz fikirləri, düşüncələri və ən əsas da azadlığı əlindən alınmış fərdə çevrilir. Yazar Camille ilə Terezanı bu tərəfdən müqayisə edərkən irsiyyət amilinə diqqət çəkir. Tereza anası kimi azadlığa meyilli, Camille isə daha üzüyola, öz fikirləri olmayan, həyatının məsuliyyətini əlinə ala bilməyən bir xarakter kimi təsvir edilir. Sevgisiz evlilik, fərdin daxili çəkişmələri, ehtiraslar və vicdan məhkəmələri.. Basdırılmış hisslər, ikili xarakter, həmçinin Terezanın ruhunu parçalayan tənhalıq və sevgisizlik onu qaçınılmaz sona sürükləyir. Xəyanət.. Tereza və Loran arasındakı gizli sevgi münasibəti sanki Terezanın xanım Raken və əri Camilledən aldığı bir intiqam, onlara qarşı “Mən varam!” deyişi idi. Tereza və Loranın sadəcə maraqlara əsaslanan münasibətlərinin qurbanı isə Camille olur. Bundan sonra aşiqlər nə qədər xoşbəxt olmaq, vicdan yükünü bir-birinin üzərinə atmaq istəsələr də bu mümkün olmur. Onlar işlədikləri günahın altında əzilir və bir-birlərinə əzab verirlər. Gündən-günə aralarındakı uçurum böyüyür və onları tragedik sona addım-addım yaxınlaşdırır. Mövzu olaraq bir qədər klassik görünsə də, Zolanın möhtəşəm təsviretmə qabiliyyəti ilə əsər axıcılıq qazanır. Arada bir Zweig oxuyurmuş kimi hiss etdiyim olurdu hətta. Əsəri oxuyub bitirdikdə Zweig'in
Sabırsız Yürek
Sabırsız Yürek
kitabının son cümləsini xatırladım: "Vicdan anımsadıkça, hiç bir suç unutulmaz."
Tereza Raken 
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20172,670 okunma
·
782 görüntüleme
Xəyal okurunun profil resmi
Mən bu kitabı "Anna Karenina"nın mini versiyasına bənzədirəm)
Ayçilər okurunun profil resmi
Anna Terezaya nisbətən daha məsum idi məncə)
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.