Gönderi

Xoruz üzərində keçirilmiş köhnə təcrübədən xəbərin var? Yerdə təbaşirlə xətt çəkib, xoruzun dimdiyini xəttə yaxınlaşdırırlar. Xoruz elə bilir ki, onu bağlayıblar. Başını qaldıra bilmir. Bu bədbəxtlərdə də eyni şeydir. O, uşaqların üzərində körpəlikdən çalışıb. Onların düşüncəsinə hakim olub. İnandırıb ki, ona itaət etməmək mümkün deyil. Çox adam deyə bilər ki, bunlar cəfəngiyatdır, amma biz bunu yaxşı bilirik. O, uşaqları inandırıb ki, ondan asılılıq labüddür. Onlar o qədər həbsdə qalıblar ki, həbsxananın qapılarını açsanız belə hiss etməyəcəklər. Hətta onlardan ən azı biri heç azad olmaq da istəməyəcək. Onlar azadlıqdan qorxacaqlar.
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.