Gönderi

96 syf.
7/10 puan verdi
·
Read in 3 days
Qədim yunan müəllifi, bu kitabın yazarı
Samsatlı Lukianos
Samsatlı Lukianos
eramızın II əsrində yaşamışdır. Bu həm də elmi-fantastik janrın ilk nümunələrindən sayılır. Kitabın əvvəlində danışılan bütün hadisələrin yalan olduğu qeyd olunur, lakin müəllif özünə belə bəraət qazandırır ki, o, sələflərindən fərqli olaraq yalan danışdığını etiraf edir :) Kitabda baş obraz müxtəlif yerlərə səyahət edir: Aya, ölülərin dünyasına və daha neçə-neçə yerə. Hətta balinanın qarnında belə yaşayır. Müxtəlif fövqəltəbii varlıqla rastlaşır, çoxlu macəralardan keçir. Homerlə, Odisseylə və başqa çoxlu tanınmış şəxslə rastlaşır, onlarla ünsiyyətdə olur. Son isə qeyri-müəyyən bitir: bilmirik ki, obrazlar vətənlərinə çatmağı bacarır? Qədim Yunan ədəbiyyatı elə də diqqətimi çəkmir. Bu kitabı da sırf
Jules Verne
Jules Verne
-i təsirləndirdiyi üçün oxudum. Belə ki, Vern "Aya səyahət" kitabı üçün ilhamı məhz ondan alıb. Bir də qədim yunan müəlliflərinin əsərləri ilə tanış olsaydım, sətiraltı eyhamları daha rahat anlayardım. Bununla belə, kitabın sonundakı qeydlər izahedici idi. Amma tez-tez həmin qeydlərə müraciət etmək yorucu idi. Ümumi olaraq deyə bilərəm ki, əgər həmin dövr ədəbiyyatı və ya elmi-fantastik janrın ibtidai nümunələri sizə maraqlı gəlirsə, şans verə bilərsiniz. Kitabla qalın
Gerçek Bir Hikaye
Gerçek Bir HikayeSamsatlı Lukianos · Pinhan Yayıncılık · 2020118 okunma
·
84 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.