Gönderi

8/10
·156 syf.··
Beğendi
·
2022 2. kitabı
·
8 saatte okudu
·
Okunma: 26 Temmuz 2022 21:20
Əsəri bir günə bitirdim. Əsas obrazlarımız yazıçı Rüfət Hüseynzadə və aktrisa Lalə Fətəliyevadır. Hadisələr çox sürətlə iləriləyir, oxuduqca sıxılmırsız. Təkrara çox yol verilməyib. Bütün hadisələr ən incə detalına qədər aydınlaşdırılıb. Bunlar əsərin ən müsbət cəhətlərindəndir. Personajlara gəldikdə isə, Lalənin hərəkətlərinin, öz monotamaşasını yaratmaq istəyinin, qurduğu oyunun səbəblərini onun öz dilindən aydınca oxuyuruq. Amma, yazıçı Rüfət Hüseynzadənin niyə bu qədər asan Lalənin oyununa qapılmasının səbəbləri tam dolğun açıqlanmamışdı. Bu cəhətdən, yazıçı obrazı mənim fikrimcə yarımçıq idi. Onu da qeyd etməliyəm ki, feminizm baxımından çox uğursuz bir əsərdir.
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011159 okunma
·
18 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.