Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

122 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Kitab fantastik janrına aiddir. Həm balaca olması, həm axıcılığı kitabı oxumağı asanlaşdırır. Mövzu cəhətdən də çox bəyəndim, mövzusu sadə olsa da, dili və yazı tərzi çox gözəldir. Kitab həm də qeyd etdiyim ölüm haqqında alıntılarla zəngindir. İnsana hər anımızın dəyərli olduğunu və ölümün həyatımın bir hissəsi olduğunu söyləyir. Əgər ölüm olmasaydı, dünya nə vəziyyətdə olardı o haqda nümunələr də çəkir. Onla yanaşı yazıçı təbiətin gözəl təsvirlərinə, təbiətin gözəlliyinə də toxunmuşdur. Mövzu Kitab Foster ailəsinin əlində olan meşənin təsviri ilə başlayır. Sonra kitab Foster ailəsinin uşağı Vinni haqqında danışmağa başlayır. Vinni bir gün öküz qurbağasına qarşı gəlir ki, evdən qaçacaq və yola düşür. O zaman bir ağacın altında durmuş Cess ilə qarşılaşır və ona aşiq olur. Ancaq kitab eşqdən danışmır. Vinni ilə Cess tanış olur, Vinni istəyir bulaqdan su içsin, amma Cess qoymur. Sonra Cessin qardaşı Maylz və anası Mey də gəlir. Vinnini qaçırdırlar. Pis məqsədlə olmur, ona bir şeyi danışmaq istəyirlər. Sonra kitab daha da maraqlı olur. Kitabı hər kəsə tövsiyə edirəm.
Ölümsüz Ailə
Ölümsüz AiləNatalie Babbitt · İz nəşriyyatı · 03,355 okunma
··
549 görüntüleme
Aria okurunun profil resmi
Uhuhu, həyəcanlandırıcı👌🏻🤩. Əlinə sağlıq♥️.
Samirə Abbasova okurunun profil resmi
Əllərinə sağlıqqqqq😍❤️
Aceso okurunun profil resmi
Thanks❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.