Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
7/10 puan verdi
Cek London-Martin Iden Yazardan oxuduğum növbəti kitablardan oldu.Yazarın qələmini "Ağ diş " əsəri ilə bəyənmişdim.Dənizçi olan Martin Iden yüksək təbəqədən Ruf adlı qızla tanış olması ilə həyatı tamamilə dəyişir.Uşaq yaşdan valideynlərini itirir və həyatına təhsilsiz davam etmək məcburiyyətində qalır. Elə uşaq yaşdan da işləməyə məcbur olur.Lakin Rufla tanış olandan sonra kitablara maraq yaranır və bütün gününü kitablara həsir etməyə başlayır.Rufla arasında getdicə sevgi yaranır.Martinin kitablara marağı onun bədii əsərlər, povestlər yazmağa səbəb olur.Əsərlərində cəmiyyətdəki ayrı seçkiliyi, aşağı və yuxarı təbəqə arasında fərqləri açıb göstərir. Lakin getdikcə Martinin düşüncələri dəyişməyə başlayır və o insanlardan uzaqlaşır, tenhalasir.Düz iki ilə ac-susuz qalaraq,borclara bataraq yazıçılıq ruhundan geri dönməyir.Ruf isə nişanlısının yazıçılıq əvəzinə özünə normal bir iş tapıb işləməsinə bildirsə də,Martin bu yoldan dönmədi.Ona çoxları inanmadı.Lakin Iden özünə arxayın idi.Bir gün əsərlərinin jurnallarda,qəzetlərdə çap olunacağını bilirdi və birde onu ev sahibəsi bu yolda tək qoymadı.Lakin Martinin xəyallari gerçək olsa da,artıq heç bir şey onun gözündə olmur
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,2bin okunma
·
112 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.