Gənclər tərəfindən oxunması tövsiyəsi üzərindən oxuduğum "Həyat" bir növ həyata baxışıma təsir etdi deyə bilərəm, bəli. Bu gün əsəri nəhayət başa vura bildim. Sözün düzü, bir aydır səbrlə oxuyurdum, kitaba çox vaxt verdim, tez oxuyub bitirə bilərdim amma hissə-hissə yazarın düşüncələrini anlayaraq təhlil edərək, qeydlər götürərək oxumaq bu qədər uzanmasına səbəb oldu. Və dəyərdi. Düzdü süjeti bəsit, təsvirləri rahat anlaşılan bir kitab idi, amma anlatmaq istədikləri həqiqətən günümüzdə gənclər üçün bəsit mövzular deyildi. Maupassantdan oxudugum ilk əsər olmasına baxmayaraq oxudugum üçün peşman deyiləm, hətta oxumaq istəyənlərə tövsiyə edərəm. "Həyat"dan öyrənilməsi gərəkən çox nüans var...eynən həyatımız kimi...