Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Birgə Razılaşma Konsepsiyası.
(
Birge Razılaşma Konsepsiyası
Birge Razılaşma Konsepsiyası
) Bizə xoşbəxtliyi o qədər çox arzulayıblar və ya biz arzulamışıq ki, bu anlayış, demək olar ki, çox insanın beynində təhrif olunub. Məsələn, Nizaminin "xoşbəxt cəmiyyəti" bizim üçün xoşbəxtlik anlayışını utopikləşdirir. Nağıllarımızın sonunda da hər şey xoşbəxt sonluqla bitir. Bununla da biz xoşbəxtliyin utopik, əlçatmaz, sadəcə nağıllarda olduğunu düşünməyə başlamışıq. Ona görə də "xoşbəxt cəmiyyət" deyəndə bunun utopik bir fikir olduğunu düşünürük. Əvvəlcə, qəbul etməliyik ki, "xoşbəxtlik" subyektiv bir anlayışdır. Yəni hər kəsin xoşbəxtlik adlandırdığı şeylər fərqlidir. Hər bir fərd müxtəlif şeylərlə, müxtəlif şəraitlərdə, müxtəlif vasitələrlə xoşbəxt ola bilər. Bu, normal bir haldır. Onda biz "xoşbəxt cəmiyyət" necə qura bilərik? Əgər hər kəsin xoşbəxtlik anlayışı fərqlidirsə, burada meyar kimi nəyi nəzərə almalıyıq? Bütün bu və digər sualların cavabı da bu konsepsiyada öz əksini tapır. Sadəcə bir balaca qeyd edək ki, Birgə Razılaşma Cəmiyyəti bizə xoşbəxt olmaq üçün şərait yaradır. Yəni hər bir fərd - Mən, Sən, O bizi nəyin xoşbəxt edəcəyini özümüz daha yaxşı bilirik. Sadəcə bunun üçün azad və ədalətli bir cəmiyyət formalaşmalıdır ki, hər bir fərd, yəni sadəcə bir qrup, müəyyən bir kəsim deyil, hər kəs xoşbəxt ola bilsin. Ən azından öz xoşbəxtliyi uğrunda çalışa bilməsi üçün bərabər imkanlarla təmin olunsun. Biz indiki cəmiyyətimizə alternativ olaraq yeni bir cəmiyyət modeli təklif edirik. Birgə Razılaşma Cəmiyyətində etnik, dini, cinsi, regional və s. kimliklərindən asılı olmayaq bütün fərdlərin, beləliklə də cəmiyyətin - Mənin, Sənin və Onun maraqları müdafiə olunur. birgeraz.blogspot.com/2021/11/birg-ra...
·
558 görüntüleme
Həbib Baxsaliyev okurunun profil resmi
Bir yerde oxumuşdum xoşbəxtlik sadə şeylərdən başlayır..
Səma Məmmədsalahova okurunun profil resmi
Təbii ki, fikirlər müxtəlifdir. Sadəcə hər insanın xoşbəxtlik anlayışı eyni deyil. Buna görə də insanlara hökm kəsmək olmaz ki, bəs bununla xoşbəxt ol. Hər kəs özünü necə xoşbəxt edəcəyini bilir və ya axtarıb tapa bilər. Bunun üçün hər bir fərdə bərabər imkanlar yaradılmalıdır. Sorğulayaq ki, biz belə bir cəmiyyətdə yaşayırıq? Təbii ki, xeyr. Ona görə də Birgə razılaşma konsepsiyasına əsaslanan Birgə Razılaşma Cəmiyyətini təqdim edirik. Hər kəs bu cəmiyyətdə xoşbəxt olmağın yolunu özü tapacaq.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.