Nədir korlaşma?
8/10
·565 syf.··
Beğendi
·
2022 27. kitabı
·
9 günde okudu
·
Okunma: 16 Temmuz 2022 00:00
Mən bəsit bir insanam. Elə siz də. Mən sizdən heç bir şəkildə üstün deyiləm, siz də məndən üstün deyilsiniz. Fərqindəliklərimizlə seçilə bilərik bir-birimizdən, ya da gözlərimizi hələ nə qədər yumulu saxlayacağımızla. Fəqət nəticə etibarilə bir gün hamımız korlaşacağıq və o zaman... O zaman işığı həsrətlə axtaracaq qəlbimiz - korluğun bərabərində gətirdiyi kütlükdən qaynaqlanan iztirablarla qıvranarkən. "Açın gözlərinizi. Nə qədər ki, onları əbədi yummamısınız, ətrafınızdakıları görməyə çalışın." - deyirdi Anthony Doerr, "Görünməyən İşıqlar" əsərində. Mənsə dəyişirəm bu ifadəni. Açın gözlərinizi - deyirəm. Nə qədər ki onların yumula biləcəyinin fərqindəsiniz, nə qədər ki hər şeyi gördüyünüzü sanacaq qədər korlaşmamısınız, açın gözlərinizi. Bəs niyə korlaşma? Niyə məhz "Korlaşma"? Uşaqlığında keçirdiyi xəstəlik nəticəsində müvəqqəti şəkildə kor qalmışkən və o andan etibarən korluq ən böyük qorxusuna çevrilmişkən Canetti özü ilə dünya arasında körpü yaradacaq bir əsərə niyə bu adı verdi? Bu tək söz, bircə kəlmə nə ifadə edir ki? Tibbi kitablar deyir ki, korluq, adətən, görmə orqanında (göz, gözətrafı əzələ və sinirlər) və görmə sinirində baş verən zədələnmələrlə bağlı baş verir. Cüzam, katarakt, şəkərli diabet də korluğa səbəb ola bilirmiş. Hətta britaniyalı alimlər deyir ki, siqaretin tərkibindəki bəzi maddələr də korluğa gətirib çıxara bilərmiş. Buna rəğmən, ayağının altına baxmayıb əlindəki bütün qab-qacağı yerə salan qızı da, anasının fikrincə, əsl kordur. Həmçinin maaşını bildiyi halda atasında ona ad günü üçün maşın hədiyyə edə biləcək potensial görən oğul da, atasının gözündə gözləri açıq olan bir kordan heç də fərqlənmir. Rəfiqəsini ona yalnız və yalnız zərər verən, amma yenə də aşiq olduğunu iddia edən o insan barədə xəbərdar etməyə çalışarkən qarşısında manipulyasiyaya uğramış, həmçinin xəstəlikli dərəcədə bağlanmış birini görən, üstəlik incik rəftara məruz qalan qız üçün dostu, sözün əsl mənasında, korlaşmışdır. İntihar etməyə çalışarkən onu bu yoldan içində cəhənnəm qorxusunun da olduğu dini nüanslarla, "ailənə, sevdiklərinə yazığın gəlsin" başlığını daşıyan taktikalarla, "qorxaq", "cəsarətsiz" kimi xitablarla çəkindirəcəklərini sanan insanlar onların arasından ayrılmağı planlayan o şəxs üçün bir yığın kor deyillərmi? Fərqlidir korluğun izahı. Nə də olsa, hər kəsin özünə xas həqiqətləri vardır. Əsl korlaşma isə bu həqiqətlərin bütün dünyaya aid olduğunu düşündüyümüz anda başlayır. Əsl korlaşma başqalarının doğrularını görməyi rədd etdikdə başlayır. Ən sadə açıqlamalar bəzən ən doğru olandır və o zaman, korlaşma, korluq, sadəcə olaraq, görməməkdir. İstəyərək, ya da istəməyərək. Məqsədli və ya məqsədsiz şəkildə. Canetti belə ifadə edir onu : "Korluq - zamana və məkana qalib gələ bilmək üçün silahdır; varlığımız tək dayağını hisslərimizlə - həm quruluş, həm də imkan etibarilə yetərsiz qalan duyğularımızla qavradığımız bir neçə qırıntı xaricində, sonsuzluğa qədər uzanıb gedən bir korluqda tapar. Kainatda hakim olan əsas prinsip korluqdur. Korluq, bir-birilərini görsələr, birlikdə olmaları ağla gətirilə bilməyəcək əşya və canlıların yan-yana qala bilmələrinə şərait yaradır. Zamanın artıq dözülməz olduğu, daşınması mümkünsüz olduğu bir yükə döndüyü nöqtədə qoparıla bilməsi ancaq korluğun köməyi ilə düşünülə bilər." Onda korlaşma düşündüyümüz qədər pis bir şey deyil, bəlkə də, hə? Məsələn, öz əzablarımıza, bizi hər fürsətdə yaralayan keçmişdən qalma travmalarımıza, mükəmməl anlarımızı məhv etməyi bacaran kiçik detallara qarşı korlaşa bilsəydik, mükəmməl olmazdımı? O zaman zəiflik sandığımız bu şey, əslində bizi gücləndirmiş olmazdımı? Amma... Nə vaxta kimi? Əsas məqamı unutmayın : hər korlaşmanın sonunda mütləq bir aydınlanma vardır. Bu aydınlanmaya içinizi isidən Günəş işığı da səbəb ola bilər, kitablarınızın hayqırışlarından qulaqlarınızın batacağı bir yanğının alov dilimləri də. Açın gözlərinizi. Sizin dünyanızla bu dünyanın eyni olub-olmadığını, hansı dünyada yaşadığınızı anlamaq üçün açın. Qorxduğunuz halda yenidən qapamaq isə sizin seçiminizdir. Sağ olun, kitabla qalın.
KörleşmeElias Canetti · Sel Yayıncılık · 20214,495 okunma
··
2.528 Gösterim
7 Yorum
Lütfen giriş yapınız.
Cinci, iki saattı cümlə düzəltməyə çalışıram, ama uyğun sözləri tapmıram. Diyəbiləcəyim tək şey "müthiş"ti diyəsən. Həqiqətən, Cinci, müthişsən. Əllərivə sağlığ. :3
İnci Zadə
Gönderi Sahibi
Təşəkkür edirəmm, bəyənmisənsə, nə xoş mənə <3
Möhtəşəm,möhtəşəm möhtəşəm🫠
İnci Zadə
Gönderi Sahibi
🥹💝
Əlinə sağlıq, tək sözlə mükəmməl olub👌🏻. Belə içdən, səmimi yazılan incələmələri oxuyarkən həzz alıram. Bir kitab necə gözəl təsvir edilə bilərdisə, elə etmisən💜.
İnci Zadə
Gönderi Sahibi
Təşəkkür edirəmm <3
Görünməyən İşıqlara bir çıt olmaq<3 Müəllifə və başlığa baxanda yazarın Korlaşmanı hansı anlamda işlətdiyini təqribən anlamaq olur. Bunun məcaz olduğunu və hansı həqiqətləri ifadə etməyə çalışdığını. Sənin bu ifadəyə verdiyin şərhlərin isə ayrı dəyərlidir💜 Kitabdan paylaşdığın bəzi sitatlar xüsusən diqqətimi çəkmişdi, save etmişdim. Görürəm ki, bir neçəsini incelemene əlavə edibsən, demək ki, bir baxıma doğru yönə çəkilib düşüncələrim. Nə vaxtsa, kitabı oxuyub bitirəndə bu yazıya təkrar qayıdacam, hər zaman etdiyim kimi... Ümid edirəm, fikirlərini yazıb zehnini boşalda, o xaosu az da olsa, sakitləşdirə bilibsən. Tez-tez yaz, çox gözlətmə bizii<333
İnci Zadə
Gönderi Sahibi
Hehehehhe
Bayıldımm👌🏻🤩 Möhtəşəmm bir şərh olub, düşünən zehninizə, yazan əllərinizə sağlıq💕
İnci Zadə
Gönderi Sahibi
Təşəkkür edirəmm
Reklam
Çox qəşəng yazıbsan, əllərinə sağlıq ! 🤩
İnci Zadə
Gönderi Sahibi
Oxuyan gözlərin var olsun, mon amour 💜
Qaça-qaça gəldimm
İnci Zadə
Gönderi Sahibi
Telegram'dan 1000kitap'a 😂