Gönderi

7/10
·152 syf.··
2022 55. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Ağustos 2022 23:56
Hər daim inanmışam ki, həyatda hər şeyin öz vaxtı var. İnsanların, əşyaların və s. həyatımıza gəlmə, hadisələrin isə öz baş vermə vaxtları var. Bu kitabın mənə gəlmə vaxtı da indi imiş.. Motivasiyaya ehtiyac duyduğum, yeni bir mühitə adaptasiya olmağa çalışdığım bu dönəmdə şəxsi-inkişaf tipli, motivasiyaedici kitab axtarışında olduğum halda, ani bir qərarla “Daha yaxşının ziyanları” kitabını seçdim səbəbsiz. İndi isə anlayıram ki, bu seçim səbəbsiz deyilmiş. Bəs nələrdir daha yaxşının ziyanları? İlk baxışda önyarğı ilə yanaşdığım bu kitab Azərbaycanlı klinik psixoloq və yazar Zəhra Hüseynzadə tərəfindən qələmə alınıb. Kitabda özgüvənsizlik, panik atak, obsessiv komplusiv pozğunluq kimi bir çox psixoloji problemlərin səbəblərindən biri olan mükəmməlçilik anlayışı və onun fəsadlarından, mükəmməlçi insan tipi və onun həyat fəaliyyətindən bəhs olunur. Ümumiyyətlə, psixologiya elmi və mindfulness, şemalar və s. kimi mövzular mənim maraq dairəmə daxil olduğundan kitab mənə daha maraqlı gəldi. Bir neçə bölümdən ibarət olan kitabda mükəmməlçilik nədir, nədən və necə yaranır, simptomları və fəsadları nələrdir, müalicəsi var mı və s. kimi suallara cavab verilir və mükəmməlçilik diaqnozunun qoyulması, müalicə və sağalma dövrləri haqqında geniş məlumatlar qeyd olunur. Mükəmməlçi insanın müxtəlif situasiyalardakı davranışları şərh olunur və bu davranışları doğuran səbəblərə baxılır. Yazar müxtəlif bölmələrdə mükəmməlçilikdən əziyyət çəkən pasientləri ilə olan dialoqlardan da istifadə edir. Pasientlərin adlarının gizli qaldığı və ya şərti şəkildə adlandırıldığı belə dialoqlar sayəsində mükəmməlçiliyin fəsadları daha açıq və aydın şəkildə anlaşılır. Oxuduqca özümdən bir şeylər tapdım, bir qədər mükəmməlçi olduğumu anladım və yazarın son səhifələrdəki tövsiyələrinə əməl etməyi qərarlaşdırdım. Necə deyərlər, problemi həll etməyin ilk addımı onun varlığını qəbul etməkdir. Bu arada kitab Parlaq imzalar nəşriyyatından idi, çox sevdim, səhifələr, şrift ölçüsü, üz qabığı və s. çox keyfiyyətli idi və sevindirici haldır ki, heç bir orfoqrafik səhvə rast gəlmədim. Mən kitabdan çoxlu yeni məlumatlar öyrəndim və əminəm ki, gələcək həyatımda, xüsusən də müəllimlik fəaliyyətimdə bu məlumatlar çox köməyimə çatacaq. Kitabı psixologiya sahəsinə marağı olan gənclərə və bu sahədə təhsil alan tələbələrə, xüsusən də valideyn olmağa hazırlaşan cütlüklərə, həmçinin mükəmməlçilikdən əziyyət çəkən hər bir kəsə mütləq şəkildə tövsiyə edirəm. Oxuyun, oxutdurun :)
Edebiyat
Daha Yaxşının ZiyanlarıZəhra Hüseynzadə · Parlaq İmzalar · 202229 okunma
·
542 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.