Puan vermedi·160 syf.····Okunma: 12 Ağustos 2022 11:52 Kitabı olduqca bəyəndim . Bizə , müharibənin nə qədər çirkin olduğunu göstərən və müharibə dəhşətlərindən bəhs edən bir kitabda gözəllikləri görmək ürəyimizə yağ kimi yayıldı. Hər tərəfi boz və ölü düzənliklər , xəndəklər və çirkablarla dolu müharibə ərazisində bir tutam yaşıl ol cücərən kiçicik sahə kimi. Kitabda ən sevdiyim fikir , sadə insanların müharibənin lazımsızlığını dərk etməsi , insan öldürmənin dəhşətini qavramasıdır. Bununla birlikdə , sadə insanların heyvanlara olan sevgisini gördükcə kitaba daha çox bağlanırsan. Bu əsərdə insanları sevə bilərsiniz. Ləyaqət , sevgi və qürur hissinin ən təmiz təqdimatını görmək mümkündür kitabda. Əsərdə heç bir tərəf ucaldılmayıb və propagandadan istifadə olunmayıb. Bu çox mühimdir. Hər iki tərəfdə də insanlar var , içlərində sevgiləri itirilməmiş adamlar var. Heç bir tərəf vəhşi kimi göstərilməyib ki buna görə də yazıçıya ayrı bir təşəkkür düşür. Kaş hər şey kitabdakı kimi Joeynin talehini vuruşmaq yerinə qəpik fırlatmaqla təyin etmək qədər sadə və rahat olardı. Əsər Übermensch tərəfindən bəyənildi və 4 ÜRS xalına layiq görüldü.