·216 syf.··Beğendi
···Okunma: 25 Temmuz 2022 22:39 İlk dəfə bu kitabı oxumaq mənim üçün həyatımın keçid mərhələlərindən biri ilə yadda qalmışdı. Kitab haqqında rəyləri, fikirləri oxuduqda, kitabın çox sadə olması, onun ciddi diqqətə layiq olmadığı haqqında çox rəylərə ,fikirlərə rastladım, lakin mən bu fikirlə qətiyyən razı deyiləm. Müəllif bu əsəri ilə bizə “mürəkkəblik sadəlikdədir” göstərir. Bəzən insanlar mürəkkəbliklərə, mücərrəd kitablara, ifadələrə həddən artıq aludə olur və ən mühüm mənanın sadə sözlərdə, sadə hərəkətlərdə olduğunu başa düşmürlər. Amma biz özümüzü yox, kimisə dinləməyə hazırıq hər zaman. Bütün bu müdrikliyin anadangəlmə içimizdə olduğunu dərk etməyib, bizə böyük hikmət öyrədəcək insanları axtarırıq.
Dünyanın ruhuna qərq olan hər bir insan təbiətlə, başqaları ilə və özü ilə harmoniyada yaşaya bilər. Bu kitabı bir neçə dəfə təkrar oxudum və hər dəfə hər bir obrazda hər, ilk baxışda adi bir ifadədə yeni, dərin məna tapdım. "Kimyagər" kitabı keyfiyyətli şərab kimidir - adi qırmızı maye... lakin onun əsl dadı ancaq zaman keçdikcə ortaya çıxır, necə deyərlər "sonrakı dad".) Bu kitab qurğuşunda qızıl, dilənçidə padşahı və özündə bir xəzinə görməyə qadir olanlar üçündür.
Hər kəsə xoş mütaliələr !