Gönderi

9/10
·220 syf.··
Beğendi
·
2022 80. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Ağustos 2022 13:08
@flower_0000 ilə 5 kitab seçmişik, o kitablardan birini oxudum, həm də Coelhodan oxuduğum ilk kitab oldu, kitabda Veronikanın intihar qərarı verməsi ilə başlayır və edir, ancaq uğursuzluqla nəticələnir, gözünü Vilet xəstəxanası hansı ki psixoloji xəstəxana olan yerdə açır, həkimlər ona isə bədbəxt bir xəbər verir ki, ürəyinin 2 mədəciyi İşləmir, bir neçə həftəlik ömrü qalıb. Ölümü arzulayan Veronika bu xəbərdən sarsılır, sanki ölmək istəmir, ancaq bilir ki, heç bir şeyi dəyişə bilməyəcək, öləcəyi günü gözləyir, lakin sonra elə insanlarla qarşılaşır ki, ona həyatı öyrədirlər, aralarından biri Eduard əsas da. Kitabdan xal qırdım səbəbi isə kitabın mənim fikrimcə, tam xala layiq olmaması idi. Ancaq kitab o qədər axıcıdır, bu yay isǝ elə axıcı kitablar çox az oxudum. Kitabdan əsas başa düşdüyüm o oldu ki, insan hər hansı bir xəstəliyə tutulanda və ya bir qəza baş verəndə ölümdən uzaqlaşmağa, qaçmağa, həyatda qalmağa çalışır, ancaq intiharı isə özü arzulayır, ona cəhd atır, Veronika da bu hissləri yaşadı. Kitabı tövsiyə edirəm, hər kəsə xoş mütaliələr. :)
Edebiyat
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 2013102,3bin okunma
·
561 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Aceso
Gönderi Sahibi
Bu gün baxdım, yazıçı mənlə eyni gündə anadan olub. 😁😁😁
Əlinə sağlıq. Görək, mən nə vaxt bitirəcəm ahahaha
Aceso
Gönderi Sahibi
Çox sağ ol. :)