Deyirlər cavabı düşüncə verir.
Suallar verəndə fikir edilir.
Bilik olmayanda fikir neyləyir?
Cavabda bilmirəm sözün işlədir.
Axtarır sualın cavabın fikir.
Mən özüm cavabı tapıram deyir.
Öyrənir cavabı söz kimi fikir.
Sözlərlə anlamır,sadəcə bilir.
Fikir xəbərsizdir cavab verəndən.
Düşünür özüdür yaşamı görən.
Sözləri fikirə toplumdur verən.
Olmayıb bizlərə hissi göstərən.
Azad ola bilmir heç zaman insan.
Bu sözün açmasın axtarır hər an.
Sözlərin qurduğu yuxudan oyan.
Azad ola bilir yalnız anlayan.
Cismə yaşayan anladır özün.
Anlamaq qidadır yaşayan üçün.
İnsanlar cavabın axtarır sözün.
Görə bilməyiblər yaşamın özün.
Yaşamın cavabı hissi anlamaq.
Hissi anlayaraq sevgini dadmaq.
Hər zaman bildirir ali yaşamaq.
Yaşamı həll edib məni anlamaq.
Yaşamın açmasın görməyən insan.
Aldanaraq aciz qalır hər zaman.
Əziləndir doğru cavab axtaran.
Yalnış ilə kimdir rahat yaşayan?
Doğru nəyin qidasıdır yaşamda?
Nə yeməkdir,nə içməkdir dünyada.
Doğruya kim çatmayıb da dayansa.
Hər zaman zülmü yaşar dünyada.
Bu yaşamda azad olmayan insan.
Axtaracaq hər zaman bir qəhrəman.
Bu fikri yaradır çarə tapmayan.
Yaşamı bizlərə hissdir anladan.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.