·136 syf.····Okunma: 24 Ağustos 2022 11:48 İlk əvvəl məsləhət görərdim ki, hər hansısa bir yazarın əsərini oxumazdan əvvəl onun həyatını oxuyun. Yazarla, onun həyat yolu ilə tanış olun. Çünki insanın yaşadığı həyat onun düşüncələrinə və psixologiyasına da təsir edir. Yazıçının bu əsərində baş qəhraman onun təxəyyülünün məhsulu yox, elə məhz özüdür. Bəli, Tolstoy keçirdiyi daxili böhranını, həyatın mənasını necə tapdığını oxucularla bölüşüb. Kitabı oxuyarkən sanki onunla üz-üzə söhbət edirdim, mən susmuşdum, o isə danışırdı. Kitab haqqında uzun-uzadı danışmaq çətindir, çünki, yəqin ki, bir çoxunuz oxumamısınız və mən əvvəlcədən məlumat sızdırmaq istəmirəm. Amma onu qeyd edim ki, bu kitab Tolstoyu tanımaq üçün bir vasitədir.