Puan vermedi·622 syf.····Okunma: 23 Ağustos 2022 11:23 İqtidarın, dolayı olaraq insanlardan istifadə etmənin 48 qanunundan ibarət kitabdır. Bəzi insanların bu kitabı oxumağına ehtiyac yoxdur. Çünki anadangəlmə bu "istedad"a malikdirlər və bu kitabdan daha yaxşısını yazarlar) Belə istedadlı olmayanlar isə ümidi üzsünlər) Strategiya kitabla öyrəniləcək şey deyil.
Bu üsulları kitabı oxuyaraq və ya oxumadan hər halda tətbiq etmək etik deyil. Çünki insanlar düşündüyümüz qədər axmaq deyillər. 1-2 dəfə anlamasalar da əvvəl axır sizdən şübhə edəcəklər. Həyatda hər şey taktika, güc deyil. Səmimi münasibətlərə ehtiyacımız var.
Tətbiq etmək üçün yox, amma özümüzü qorumaq və axmaq yerinə qoyulmamaq üçün oxumaq olar. Oxuyarkən işimizdən, dost çevrəmizdən, bəzən hətta ailəmizdən kimləri isə tapacağıq içində..