Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Sonlara doğru spoiler var!
Bəzi kitablar olur; oxuyursan, oxuduqca oxumaq istəyirsən, səni yormur, dərin düşünməyini tələb etmirmiş kimi görünür, amma edir. Doğrusu, qapağını örtəndə şok keçirdiyim bir kitab deyildi. Amma bir səyahətə çıxsan alıb əlinə yoldaca bitirərsən. Aldım əlimə kitabımı, uzaqlaşdım olduğum məkandan, ətrafımdakı insanlardan sanki bir kənardan Skautun danışdığlarını izləyirdim(hadisələr 8 yaşlı Skautun dilindən nəql olunur). Maykomb qraflığında vəkil olan Attikus Finçin Cim adında oğlu və Skaut adında qızı var. Skaut və Cim hər uşaq kimi nadinc, söz eşitməyən, hər evə bir daşan atan, lakin buna baxmayaraq ağıllı və sevimli uşaqlardır. Hər şey dostları Dill ilə birlikdə illərdi evindən çıxmayan, hətta yaşadığı ya öldüyü bilinməyən Bo Radleyi evindən çıxarmaq istəməkləri ilə başlayır. Fəqət onlar bilmirdilər ki, bəzi insanları qaranlıqdan aydınlığa çıxarmaq, balığı sudan quruya atmağa bərabərdir… Kitabın davamında isə irqi-ayrıseçkilikdən bəhs olunur. Belə ki, Attikus ağ qadını zorlamaqla ittiham olunan zəncinin günahkar olmadığına inanır və onu müdafiə edir. O bəziləri tərəfindən dəstəkləndiyi halda, bir çox insan tərəfindən qınanılır. Tom Robinsonun başına gələnlər ən sevdiyim film olan “The green mile” i xatırlatdı. Filmdə yargıçlar həqiqəti bildiyi halda onu sübut etmək üçün əllərində heçnə yox idi deyə qaradərili birini ağlayaraq edam edirlər. Kitab sayəsində daha betərinə şahid oldum; məhkəmə heyəti hər şeyi bilir, faktlar göz önündədi, lakin onlar bir ağ’a qarşı qara insana haqq qazandıra bilməzlər. Kağız üzərində o günahsız olsa belə… Bu məsələ haqqında çox şey yaza bilərəm, amma düşündüklərimi bu sətirlər artıqlaması ilə ifadə edəcək: Sevgili Beyaz Adam, Doğarım, siyahım Büyürüm, siyahım Güneşlenirim, siyahım Üşürüm, siyahım Korkarım, siyahım Hastalanırım siyahım Ve ölürüm, hala siyahım Ve sen Beyaz Adam Doğarsın, pembesin Büyürsün, beyazsın Güneşlenirsin, kızarırsın Üşürsün,morarırsın Korkarsın, sararırsın Hastalanırsın, yeşilsin Ve ölürsün, grisin Ve hala utanmadan bana renkli dersin... Xoş mütaliələr!
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,5bin okunma
·
125 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.