Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bülbülü Öldürmək

Harper Lee

Yorumlar ve İncelemeler

Tümünü Gör
448 syf.
8/10 puan verdi
·
8 günde okudu
Harper Lee. "Bülbülü öldürmək"
。⁠・⁠/⁠//⁠/⁠・⁠。 。⁠・⁠/⁠//⁠/⁠・⁠。 Hamıya salam! Növbəti on ikinci kitab incələməm ilə gəldim! Bu dəfəki kitabımız
Harper Lee
Harper Lee
Bülbülü Öldürmək
Bülbülü Öldürmək
"Əgər nişan ala bilsən, bütün mavi zığ-zığlara atəş aç, amma bir şeyi unutma, bülbülə atəş açmaq günahdır." ( səhifə 148) Bu cümləni mən belə başa düşdüm; Tutaq ki, "mavi zığ-zığ"= pis niyyətli,
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
Reklam
448 syf.
10/10 puan verdi
·
10 günde okudu
“İstediğin kadar saksağanı vur vurabilirsen ama unutma, bülbülü öldürmek günahtır.” Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsinden behs edir. Skaut ve Cimin qardas-baciligi,her defesinde bir-birlerine arxa olmagini oxumaqdan zovq aldim.O dovrun irqi-ayri seckliyini,qara derili insanlarin ne qeder haqli olsalar bele sirf derilerinin rengine haqsiz veziyyete,bu haqsiz veziyyetle Tom Robinsonun ozunu oldurmeyi.Hemise sirrli olan Boo Radleyin son anda Cim ve Skautu xilas etmesi,artiq Bo Radleyin xeyali bir varlig oldugunu dusunurdum.Yazar 60'ci illerde kicik bir seherde yasayanlarin heyatini daha yaxsi tesvir ede bilmezdi.Attikus seni de unutmadim her zaman fikrimde mukemmel ata personaji olaraq qalacaqsan:)
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Hadisələr 9 yaşlı qızın dilindən şərh olunur. Müəllif hər şeyi o qədər gözəl ifadə edib ki, oxuyarkən özünü balaca qız hesab edirsən;ona haqq qazandırırsan və onu anlayırsan.Bəzən qorxu, bəzən həyəcan və yeri gələndə yumor hissi ilə oxuduğum bir kitab oldu. İkinci dəfə təkrar oxumaq üçün səbirsizlənirəm..
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
448 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Sonlara doğru spoiler var!
Bəzi kitablar olur; oxuyursan, oxuduqca oxumaq istəyirsən, səni yormur, dərin düşünməyini tələb etmirmiş kimi görünür, amma edir. Doğrusu, qapağını örtəndə şok keçirdiyim bir kitab deyildi. Amma bir səyahətə çıxsan alıb əlinə yoldaca bitirərsən. Aldım əlimə kitabımı, uzaqlaşdım olduğum məkandan, ətrafımdakı insanlardan sanki bir kənardan Skautun
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
Reklam
448 syf.
·
Puan vermedi
·
33 günde okudu
Bülbülü Öldürmək
Kitab həqiqətən əla idi, kitabın müəyyən yerlərində qəfil hiss dəyişikliklərinə məruz qalır insan. İrqçilik , haqsızlıq , insanların yaşayış tərzləri və digər insanlara münasibətləri çox kiçik incəliklərə qədər işlənib.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
448 syf.
7/10 puan verdi
·
63 günde okudu
Harper Lee
Kitabı bitirdiyinizdə üzərinizdə təsir qoya bilməsi yazarın müəyyən qədər hədəfinə çatdığını göstərir. Amma gəl gör ki, məhkəmə hissələrinə qədər kitabı çox az maraqla və növbəti baş verəcəklərə qarşı laqeyd şəkildə oxuyurdum. Bu nöktədə həqiqətən zirvələrə qoyduğumuz yazarları oralara boşuna qaldırmadığımızı anlayıram, çünki kitab yazmaq sadəcə düzgün qrammatika və oxucuya bir məna, anlam ötürməkdən savayı həm də, hadisələrin ən maraqsız sujet xəttində belə oxucunu kitab başında tutmağı bacarmaqdır. Yenə Rus klassiklərinə xitab eləmiyəcəm, buna ehtiyac da yoxdur. Bütün oxucuların fikirlərinə hörmət edirəm, amma fikrimcə bu kitaba çox maraqlı deyən biri "bəzi" klassikləri oxuyanda gərək ki qanad çalıb göylərə uçsun. Kitabı ümumilikdə götürsək və nəticəyə baxsaq, oxumağa dəyər, rəfinizdə yer tutmağa layiq bir kitabdır. Əlbəttə ki "ən üstdə" yox. (Deyəsən idealistəm, bu qədər bəyənməməzlik elədiyimə görə) Bu dəfə Jan Luiza Skaut Finçin atasına dediyi sözlə bitirirəm: Ata, axı bülbülü öldürmək günahdır, elə deyil ?
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
İrqçilik ideoloji bir düşüncə deyil,əksinə psixoloji bir xəstəlikdir.
"-Sən zənciləri müdafiə edirsən Atticus? -Əlbəttə,müdafiə edirəm.Zənci demə Scout,bu kobud səslənir. -Məktəbdə hamı belə deyir. -Bundan sonra o hamıdan bir nəfər əksiləcək." 1960-cı ildə ilk nəşrindən indiki zamanadək kitabsevərlərin rəfində özünəməxsus yeri olan bu kitab Amerikanın cənubunda baş verən irqçilik və bərabərsizlikdən bəhs edir. Kitabın mənim üçün ən önəmli tərəfi irqçilikdən əlavə,geridəqalmış bir cəmiyyətdə bi atanın uşaqlarını necə böyütməsi gərəkdiyini çox gözəl izah etməsi idi.Və yazıçı bunu 7 yaşlı balaca Scoutun gözündən çox yaxşı təsvir edib. Onu deyim ki,kitabın demək olar ki ortalarında Scoutun qız olduğunu öyrənməyim məni şok elədi Kitaba başlayandan oğlan olduğunu sanırdım və uşaqlar ona Bayan Scout deyəndə qorxaqlıq elədiyi üçün ləqəb taxdıqlarını düşünmüşdüm :D Ədəbi dəyəri böyük olan və insanın oxuduqda çox şey öyrəndiyi bu əsəri mütləq əldə edin. Son olaraq mənim çox sevdiyim bir cümləni paylaşacam: •"İrqçilik ideoloji bir düşüncə deyil,əksinə psixoloji bir xəstəlikdir."-Malcolm X Malcolm X'in də dediyi kimi irqçiliyin,rasistliyin hər cürəsi xəstəlikdir,yox edilməli virusdur.Görünüşünü özü seçə bilməyən bir insanın irqiylə,diliylə,diniylə onu mühakimə etmək sadəcə cahil insanların bacarığıdır.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
355 syf.
6/10 puan verdi
·
33 günde okudu
Kitab mənə Çərpələng uçuranı xatırlatdı. Orada da hadisələr uşağların gözündən canlanır. Amma kitabda çox təsir edici yer görmedim. Attikus iti öldürür, sonra zenci qətlə yetirilir, Jan Luizaya hücum olunur amma qatil özü müəmmalı şəkildə ölür. Yəni əsər bir növ yazarın sanki uşaqlıq xatirələrindən bəhs edirdi. Çox istədimki əsərdə qırılma yeri olsun və dayanmadan oxuyum. Amma olmadı. Əsər yekun etibarı ilə insanları mehriban olmağa səsləyir və elədidə. Məsələn Jan luizanın nitqi atasını öldürməyə gələn qolu zorluların əlindən xilas edir. Təqdirə layiqdir. Amma istərdimki Zəncinin ölümünə və ya əsərdə Boo Radleyi daha ön plana çəkə bilərdi. Amma əsər edə biləceyindən daha azını edib. Yenədə oxumağa dəyər
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,2bin okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.