Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
7/10 puan verdi
·
63 günde okudu
Harper Lee
Kitabı bitirdiyinizdə üzərinizdə təsir qoya bilməsi yazarın müəyyən qədər hədəfinə çatdığını göstərir. Amma gəl gör ki, məhkəmə hissələrinə qədər kitabı çox az maraqla və növbəti baş verəcəklərə qarşı laqeyd şəkildə oxuyurdum. Bu nöktədə həqiqətən zirvələrə qoyduğumuz yazarları oralara boşuna qaldırmadığımızı anlayıram, çünki kitab yazmaq sadəcə düzgün qrammatika və oxucuya bir məna, anlam ötürməkdən savayı həm də, hadisələrin ən maraqsız sujet xəttində belə oxucunu kitab başında tutmağı bacarmaqdır. Yenə Rus klassiklərinə xitab eləmiyəcəm, buna ehtiyac da yoxdur. Bütün oxucuların fikirlərinə hörmət edirəm, amma fikrimcə bu kitaba çox maraqlı deyən biri "bəzi" klassikləri oxuyanda gərək ki qanad çalıb göylərə uçsun. Kitabı ümumilikdə götürsək və nəticəyə baxsaq, oxumağa dəyər, rəfinizdə yer tutmağa layiq bir kitabdır. Əlbəttə ki "ən üstdə" yox. (Deyəsən idealistəm, bu qədər bəyənməməzlik elədiyimə görə) Bu dəfə Jan Luiza Skaut Finçin atasına dediyi sözlə bitirirəm: Ata, axı bülbülü öldürmək günahdır, elə deyil ?
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201972,5bin okunma
·
100 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.